3 ayda 14 mindən çox yol-nəqliyyat hadisəsi baş verib — qəzaların əsas 10 səbəbi nə olub?
2026-cı ilin ilk rübündə Gürcüstanda ümumilikdə 14 839 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən yayımlanan statistikaya görə, bunlardan 14 175-i İnzibati Xətalar Məcəlləsi, 664 hadisə isə Cinayət Məcəlləsi ilə qiymətləndirilib.

Nəticədə, 2026-cı ilin ilk 3 ayında 92 nəfər həyatını itirib, 989 nəfər isə xəsarət alıb.

Regionlar üzrə statistika
Daxili İşlər Nazirliyinin məlumatına görə, qəzalar regionlar üzrə belə bölünüb:
  • Tbilisi — 9 033 inzibati, 246 cinayət xarakterli hadisə;
  • Acarıstan — 1 276 inzibati, 113 cinayət xarakterli hadisə;
  • İmereti — 806 inzibati, 73 cinayət xarakterli hadisə;
  • Kvemo Kartli — 844 inzibati, 65 cinayət xarakterli hadisə;
  • Msxeta-Mtianeti — 522 inzibati, 29 cinayət xarakterli hadisə;
  • Şida Kartli — 557 inzibati, 41 cinayət xarakterli hadisə;
  • Sameqrelo–Yuxarı Svaneti — 396 inzibati, 29 cinayət xarakterli hadisə;
  • Kaxeti — 367 inzibati, 42 cinayət xarakterli hadisə;
  • Samtsxe-Cavaxeti — 338 inzibati, 14 cinayət xarakterli hadisə;
  • Quriya — 114 inzibati, 12 cinayət xarakterli hadisə;
  • Raça-Leçxumi və Kvemo Svaneti — 21 inzibati hadisə.
Qəzaların əsas səbəbləri
Yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan əsas amillər bunlardır:
  1. Dönmə manevri zamanı qayda pozuntusu;
  2. Qarşı hərəkət zolağına çıxmaq və ya ötmə qaydalarını pozmaq;
  3. Piyadanın keçiddən düzgün istifadə etməməsi;
  4. Müəyyən olunmuş sürət həddinin aşılması;
  5. Məsafənin qorunmaması;
  6. Nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmək;
  7. Yol nişanlarına və nişanlanma xətlərinə tabe olmamaq;
  8. İkiqat davamlı xəttin keçilməsi;
  9. Geri dönmə manevri zamanı qayda pozuntusu;
  10. Maneəyə çırpılma.

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google