2026-cı ilin ilk rübündə Gürcüstanda ümumilikdə 14 839
yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən yayımlanan statistikaya
görə, bunlardan 14 175-i İnzibati Xətalar Məcəlləsi, 664 hadisə isə
Cinayət Məcəlləsi ilə qiymətləndirilib.
Nəticədə, 2026-cı ilin ilk 3 ayında 92 nəfər həyatını itirib, 989
nəfər isə xəsarət alıb.
Regionlar üzrə statistika
Daxili İşlər Nazirliyinin məlumatına görə, qəzalar regionlar üzrə
belə bölünüb:
- Tbilisi — 9 033 inzibati, 246 cinayət xarakterli
hadisə;
- Acarıstan — 1 276 inzibati, 113 cinayət xarakterli
hadisə;
- İmereti — 806 inzibati, 73 cinayət xarakterli
hadisə;
- Kvemo Kartli — 844 inzibati, 65 cinayət xarakterli
hadisə;
- Msxeta-Mtianeti — 522 inzibati, 29 cinayət xarakterli
hadisə;
- Şida Kartli — 557 inzibati, 41 cinayət xarakterli
hadisə;
- Sameqrelo–Yuxarı Svaneti — 396 inzibati, 29 cinayət
xarakterli hadisə;
- Kaxeti — 367 inzibati, 42 cinayət xarakterli
hadisə;
- Samtsxe-Cavaxeti — 338 inzibati, 14 cinayət xarakterli
hadisə;
- Quriya — 114 inzibati, 12 cinayət xarakterli
hadisə;
- Raça-Leçxumi və Kvemo Svaneti — 21 inzibati
hadisə.
Qəzaların əsas səbəbləri
Yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan əsas amillər
bunlardır:
- Dönmə manevri zamanı qayda pozuntusu;
- Qarşı hərəkət zolağına çıxmaq və ya ötmə qaydalarını
pozmaq;
- Piyadanın keçiddən düzgün istifadə
etməməsi;
- Müəyyən olunmuş sürət həddinin aşılması;
- Məsafənin qorunmaması;
- Nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə
etmək;
- Yol nişanlarına və nişanlanma xətlərinə tabe
olmamaq;
- İkiqat davamlı xəttin keçilməsi;
- Geri dönmə manevri zamanı qayda
pozuntusu;
- Maneəyə çırpılma.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.