153.2 milyon lari həcmində yığım pensiyası ödənilib — neçə nəfər faydalanıb?
Gürcüstanda yığım pensiyası sistemindən 31 286 nəfər istifadə edib. Bu barədə Gürcüstan Pensiya Fondu tərəfindən yayımlanan 30 aprel 2026-cı il tarixli statistik məlumatda qeyd olunub.

Məlumata görə, bu günədək pensiya şəklində ümumilikdə 153.2 milyon lari ödənilib.

30 aprel 2026-cı il vəziyyətinə əsasən, pensiya sxeminə qoşulan iştirakçıların sayı 1 milyon 735 min nəfər təşkil edir.

Pensiya Fondunun məlumatına görə, mart ayının sonuna fondun aktivləri 9.1 milyard larini, əldə olunan gəlir isə 2.6 milyard larini ötüb.

Məlumat üçün bildirək ki, Gürcüstanda yığım pensiyası sistemi 1 yanvar 2019-cu ildən fəaliyyət göstərir.
Pensiya fonduna edilən ödənişlər işəgötürən, işçi və dövlət arasında bölüşdürülür.

Özəl pensiya sistemi formal sektorda çalışan şəxslərə şamil olunur və ödəniş prinsipi 2% + 2% + 2% formasında həyata keçirilir.

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google