Dünyada rekord həddə bahalaşan dondurulmuş mal əti Gürcüstana haradan və hansı qiymətə gətirilir?
Gürcüstanda dondurulmuş mal əti idxalı artıb. Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, bu ilin yanvar-mart aylarında ölkəyə 1 395 ton dondurulmuş mal əti idxal olunub ki, bunun ümumi dəyəri 6.330 milyon ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövründə isə 1 129 ton məhsul idxal edilmişdi və onun dəyəri 4.895 milyon dollar olub.

Statistikaya əsasən,
2026-cı ilin ilk 3 ayında Gürcüstana ən çox dondurulmuş mal əti Braziliyadan gətirilib. Ümumi idxalın təxminən 79 faizi bu ölkənin payına düşür.

Gürcüstana ən çox dondurulmuş mal əti gətirilən ölkələr
  • Braziliya — 1 097 ton (4.463 milyon ABŞ dolları)
  • Ukrayna — 194 ton (938.7 min ABŞ dolları)
  • Litva — 60.3 ton (648.1 min ABŞ dolları)
  • Argentina — 28 ton (91.7 min ABŞ dolları)
  • Belarus — 8 ton (58.7 min ABŞ dolları)
Bu göstəricilərə əsasən, Gürcüstan üçün 1 kiloqram dondurulmuş mal ətinin orta idxal qiyməti belə olub:
  • Braziliya — 4 ABŞ dolları
  • Ukrayna — 4.84 ABŞ dolları
  • Litva — 10.75 ABŞ dolları
  • Argentina — 3.28 ABŞ dolları
  • Belarus — 7.34 ABŞ dolları
(Qeyd: qiymətlər orta göstərici əsasında, vergilər nəzərə alınmadan hesablanıb.)

Xatırladaq ki, dünyada ətin qiyməti rekord həddə yüksəlib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, FAO-nun ət qiymətləri indeksi aprel ayında orta hesabla 129.4 bənd təşkil edib. Bu göstərici mart ayı ilə müqayisədə 1.2 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 6.4 faiz daha yüksəkdir.

Qiymət artımı qoyun əti istisna olmaqla, bütün ət kateqoriyalarında bahalaşmanı əks etdirir. Mal ətinin qiyməti isə yeni pik həddə çatıb. Ekspertlərin fikrincə, buna Braziliyada kəsim üçün nəzərdə tutulan iribuynuzlu heyvan ehtiyatının azalması və ixrac qiymətlərinin artması səbəb olub.

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google