Serbiya ilə hansı məhsulları alıb-satırıq? — Azad ticarət sazişi üzrə danışıqlar davam edir
Gürcüstan və Serbiya arasında azad ticarət sazişi üzrə danışıqlar aparılacaq.

7 may tarixli hökumət sərəncamına əsasən, saziş mətninin hazırlanması və şərtlərin razılaşdırılması üçün danışıqları aparacaq qurumlar müəyyənləşdirilib.

Daha dəqiq desək, prosesə iqtisadiyyat, xarici işlər, ədliyyə və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri cəlb olunacaq.

Məlumat üçün bildirək ki, iki ölkə arasında azad ticarət sazişi üzrə danışıqların başlanacağı
barədə ilk məlumat 2025-ci ilin dekabr ayında yayılmışdı.

Gürcüstan və Serbiya arasında ticarət dövriyyəsi necədir?
BusinessPressNews Georgia məsələ ilə bağlı Gürcüstan və Serbiya arasındakı ticarət əlaqələrinin statistikasını araşdırıb.

2026-cı ilin yanvar-mart aylarında iki ölkə arasında ticarət dövriyyəsi illik müqayisədə 26 faiz artıb. Hesabat dövründə dövriyyə 6.036 milyon dolları ötüb. Ötən ilin eyni dövründə isə bu göstərici 4.785 milyon dollar olmuşdu.

Hesabat dövründə ticarət dövriyyəsinin əsas hissəsi — 73.3 faizi idxalın payına düşüb. Təkcə 2026-cı ilin ilk 3 ayında Serbiyadan Gürcüstana 4.428 milyon dollardan çox məhsul idxal olunub.

Qeyd edək ki, idxal illik müqayisədə 2.9 faiz azalıb. Belə ki, 2025-ci ilin ilk rübündə Serbiyadan 4.561 milyon dollar dəyərində məhsul alınmışdı.
  • Serbiyadan ən çox idxal olunan 5 məhsul
  • Siqarlar — 1.532 milyon dollar
  • Gübrələr — 594 min dollar
  • Bitkilər və tinglər — 451 min dollar
  • Neft və neft məhsulları — 297 min dollar
  • Kağız məhsulları — 277 min dollar
Gürcüstan Milli Statistika Xidmətinin məlumatlarına görə, ticarət dövriyyəsində Gürcüstanda istehsal olunan məhsulların Serbiyaya ixracı çox az paya malikdir — cəmi 1.2 faiz.

2026-cı ilin yanvar-mart aylarında Serbiyaya yerli istehsal olan 69.6 min dollar dəyərində məhsul ixrac edilib. Ötən ilin eyni dövründə bu göstərici 17.9 min dollar idi. Statistikaya əsasən, bu sahədə 288 faiz artım qeydə alınıb.

Serbiyaya ixrac olunan əsas yerli məhsullar
  • Faner — 31.5 min dollar
  • Mineral və içməli sular — 19.7 min dollar
  • Emal avadanlıqları və maşınlar — 7.7 min dollar
  • Şəxsi istifadə əşyaları — 7.6 min dollar
  • Plastik məmulatlar — 2.7 min dollar
Reeksporta gəlincə, bu istiqamətdə illik 650 faizlik artım müşahidə olunur.

Daha dəqiq desək, 2026-cı ilin ilk 3 ayında Serbiyaya 1.537 milyon dollar dəyərində məhsul reeksport edilib. Ötən ilin yanvar-mart aylarında isə bu göstərici 205 min dollar olmuşdu.

Hesabat dövründə reeksportun ticarət dövriyyəsində payı 25.4 faiz təşkil edib.

Serbiyaya reeksport edilən məhsullar
  • Bitki mənşəli aşılayıcı ekstraktlar, taninlər və onların duzları — 1.468 milyon dollar
  • Neft və neft məhsulları — 69 min dollar

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google