Mart ayında 9 600 laridən çox maaş alanların sayı 33 216 nəfər olub — 599 lariyə qədər maaş alanlar neçə nəfərdir?
2026-cı ilin mart ayında aylıq maaş alan insanların sayı 1 006 550 nəfər təşkil edib.

PMC Araşdırma Mərkəzinin məlumatına görə, məşğul şəxslərin sayı 2026-cı ilin fevral ayı ilə müqayisədə 0.6 faiz, 2025-ci ilin mart ayı ilə müqayisədə isə 4.5 faiz artıb.

Araşdırmada qeyd olunur ki, 2026-cı ilin mart ayında aylıq 0-600 lari maaş alan
şəxslərin payı 11.2 faiz olub. Bu göstərici fevral ayı ilə müqayisədə 0.3 faiz bəndi, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2.4 faiz bəndi azalıb.

Eyni zamanda, aylıq 2 400 lari və daha çox maaş alanların payı 35.5 faiz təşkil edib. Bu göstərici fevral ayı ilə müqayisədə 0.6 faiz bəndi, 2025-ci ilin mart ayı ilə müqayisədə isə 5.6 faiz bəndi artıb.

Araşdırmaya əsasən, 2026-cı ilin mart ayında aylıq 9 600 lari və daha çox maaş alan şəxslərin payı 3.3 faiz olub. Bu göstərici fevral ayı ilə müqayisədə 0.2 faiz bəndi, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0.5 faiz bəndi çoxdur.

Mart ayında 33 mindən çox şəxs 9 600 laridən artıq maaş alıb

Araşdırmanın nəticələrinə görə:
  • 113 min nəfərin maaşı 599 lariyə qədər olub;
  • 187 min nəfərin aylıq maaşı 600-1199 lari arasında dəyişib;
  • 348 min nəfərin maaşı 1200-2399 lari aralığında olub;
  • 358 min nəfərin aylıq gəliri isə 2400 laridən çox təşkil edib.
PMC Araşdırma Mərkəzinin məlumatına görə, 2026-cı ilin mart ayında 33 216 nəfər 9 600 lari və daha çox aylıq maaş alıb.

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google