Tbilisidə narkotik cinayəti ittihamı ilə 2 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin Tbilisi Polisi Departamentinin Köhnə Tbilisi Baş İdarəsinin əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitə

və psixotrop maddələrin qanunsuz satınalınması, saxlanılması və satışına şərait yaratma ittihamı ilə iki nəfəri saxlayıblar. Nazirliyin məlumatına görə, saxlanılanlardan biri xarici ölkə vətəndaşıdır.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin şəxsi axtarışı, habelə onlardan birinə məxsus avtomobilin yoxlanılması nəticəsində maddi sübut kimi xüsusilə külli
miqdarda müxtəlif növ qadağan olunmuş vasitələr götürüblər. Belə ki, polis 500 həb "Pregabalin" psixotrop maddəsi və 2 kiloqrama yaxın qurudulmuş "marixuana" narkotik vasitəsi aşkar edərək götürüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 261-ci maddələri ilə istintaq aparılır. Sözügedən maddələr cəza növü olaraq 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.

 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.





 

Print Email
FaceBook Twitter Google