2026-cı ilin ilk rübündə Gürcüstan büdcəsinə gəlir vergisi
daxilolmaları artıb.
Xəzinədarlığın məlumatına görə, hesabat dövründə gəlir vergisi üzrə
daxilolmalar 2 118 327 lari təşkil edib ki, bu da proqnozlaşdırılan
göstəricidən (2 030 000 lari) 104,4% çoxdur.
Ötən ilin eyni dövrü ilə müqayisədə büdcədə toplanan gəlir
vergisində 13%-lik artım qeydə alınıb. Belə ki, 2025-ci ilin
yanvar-mart aylarında
büdcəyə gəlir vergisi hesabına 1 873 477 lari
daxil olmuşdu.
Gəlir vergisi nədir?
Gəlir vergisi fiziki
şəxslərin müxtəlif növ gəlirlərdən dövlətə ödədiyi vergidir.
Bu növ verginin ödəyicisi həm rezident, həm də Gürcüstandakı
mənbədən gəlir əldə edən qeyri-rezident fiziki şəxs ola bilər.
Praktikada, xüsusilə əməkhaqqı hallarında, verginin ödənilməsi
əsasən işəgötürən tərəfindən həyata keçirilir ki, bu da maaş alan
şəxslər üçün prosesi sadələşdirir.
Gəlir vergisinin dərəcəsi necədir?
Gürcüstanda
gəlir vergisinin maksimal dərəcəsi 20% təşkil edir və müxtəlif
gəlir növlərinə fərqli qaydada tətbiq olunur.
Məsələn, əməkhaqqı gəlirləri üçün maksimal 20%-lik vergi dərəcəsi
tətbiq edilir; yaşayış evinin icarəyə verilməsindən əldə olunan
gəlirlər 5% ilə vergiyə cəlb olunur; qumar oyunları ilə bağlı
fəaliyyətlərdən əldə edilən gəlirlər isə 5%-dən 20%-dək vergiyə
cəlb edilir.
Bəzi istisnalar da mövcuddur və həmin hallarda gəlirlər vergiyə
cəlb olunmur. Belə gəlirlərə dövlət pensiyası və təqaüd
daxildir.
Əmlakın hədiyyə və ya miras yolu ilə əldə olunması zamanı
vergitutma necə aparılır?
Qanunvericiliyə əsasən, vergi
ili ərzində birinci dərəcəli (həyat yoldaşı, övlad, valideyn) və
ikinci dərəcəli (bacı, qardaş, bacıoğlu/bacıqızı,
qardaşoğlu/qardaşqızı) varislərin hədiyyə və ya miras yolu ilə əldə
etdiyi əmlak gəlir vergisindən azaddır.
Bundan əlavə, vergi ili ərzində hədiyyə şəklində alınan 1000 lariyə
qədər əmlakın dəyəri də vergidən azaddır. Bu güzəşt işəgötürənin
işçiyə hədiyyə etdiyi əmlaka şamil edilmir.
Eyni zamanda, üçüncü dərəcəli (nənə, baba) və dördüncü dərəcəli
(əmi, dayı, xala, bibi) varislərin 150 000 lariyə qədər dəyərdə
hədiyyə və ya miras yolu ilə əldə etdiyi əmlak da gəlir vergisindən
azaddır.
Digər hallarda isə fiziki şəxs hədiyyə və ya miras yolu ilə əldə
olunan əmlakın bazar dəyərinə uyğun olaraq gəlir vergisi
ödəməlidir.
Kənd təsərrüfatında çalışan fiziki şəxslər güzəştlərdən
yararlanırlar
Maliyyə Nazirliyinin məlumatına görə,
2028-ci il 1 yanvaradək kənd təsərrüfatı sektorunda çalışan fiziki
şəxslər müəyyən şərtlərlə gəlir vergisindən azaddırlar.
Güzəşt aşağıdakı hallara şamil olunur:
- yerli istehsal olunmuş kənd təsərrüfatı məhsullarının
ilkin satışı zamanı, əgər illik gəlir 200 000 larini
keçmirsə;
- həmin fəaliyyətdən əldə olunan əməkhaqqına, əgər
işəgötürənin illik gəliri 200 000 laridən çox
deyilsə.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.