Rusiya Dövlət Dumasının sədri Ermənistana: Hər şey Ukraynada da məhz belə başlamışdı
“Bu gün hamı üçün aydın olan sual budur: Paşinyanın bu cür addımlarından sonra münasibətlərimiz necə inkişaf edəcək? Dövlətlərimiz bir-birinə daha da yaxınlaşacaq, yoxsa uzaqlaşacaq? Münasibətlərimizdə gərginlik azalacaq, yoxsa artacaq? Daha çox ikinci variant.

İstər-istəməz bir paralel yaranır: Ukraynada da hər şey məhz belə başlamışdı”,
– Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin sosial şəbəkə “Maks”da yazıb.

O qeyd edib ki, Rusiyanın erməni xalqı ilə “ən yaxın və ən yaxşı münasibətlərdən biri” var və Rusiyada “ermənilər digər millətlərlə bərabər şəkildə özlərini reallaşdırırlar, vəzifələr tutur, deputat seçilirlər və bununla Ermənistandakı qohumlarına və yaxınlarına kömək edirlər”.

Ermənistanı verdiyi vədləri yerinə yetirməməkdə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da ittiham edib. O, İrəvanı Moskvaya qarşı addımlar atmaqda günahlandırıb və Rusiyadan aldığı yardımı onun yadına salıb.

Mayın 9-da jurnalistlərin suallarını cavablandırarkən Rusiya prezidenti Vladimir Putin bildirib:

“Ermənistanın Avropa İttifaqına üzvlüklə bağlı planları – bu, əlbəttə ki, xüsusi müzakirə tələb edir. Biz bunu dəfələrlə baş nazir Paşinyanla müzakirə etmişik. Əslində, o özü də təsdiqləyər ki, mən ona artıq bir neçə dəfə demişəm və bunu açıq şəkildə də təkrar edə bilərəm: Ermənistan xalqına fayda verəcək hər şeyi dəstəkləyəcəyik.

...Məncə, həm Ermənistan vətəndaşlarına, həm də bizim əsas iqtisadi tərəfdaş kimi mövqeyimizə münasibətdə düzgün olardı ki, bu məsələ mümkün qədər tez aydınlaşdırılsın, məsələn – referendum keçirilməklə. Bu, bizim işimiz deyil, amma prinsip etibarilə referendum keçirmək və Ermənistan vətəndaşlarına onların seçiminin nə olduğunu soruşmaq tamamilə məntiqli olardı. Bunun əsasında müvafiq nəticələr çıxarar və yumşaq, ağıllı, qarşılıqlı faydalı bir ayrılıq yoluna qədəm qoyardıq.

Biz indi Ukrayna istiqamətində baş verən hər şeyi yaşayırıq. Və bu haradan başladı? – Ukraynanın Avropa İttifaqına daxil olması və ya daxil olmağa cəhd etməsindən.”


Putinin bu bəyanatından iki gün sonra Nikol Paşinyan Putinin təşəbbüsünə açıq şəkildə rədd cavabı verib və izah edib ki, referendum yalnız “obyektiv zərurət yarandıqda” keçiriləcək.

Paşinyan bildirib ki, nə indi, nə də yaxın gələcəkdə Avrasiya İqtisadi İttifaqından çıxmağı nəzərdən keçirmir.

Paşinyan, həmçinin Putinin istifadə etdiyi “boşanma” terminini qəbul etmədiyini bildirib və
qeyd edib ki, onun fikrincə, bu ifadə dövlətlərarası münasibətlərə uyğun gəlmir.

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google