Qardabani–Rustavi avtomagistralında baş verən qəza nəticəsində 7 nəfər həlak olub
Bu gün, 14 may tarixində Qardabani–Rustavi avtomagistralında, Botanika kəndi yaxınlığında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər həyatını itirib. Hadisə zamanı daha bir nəfər ağır yaralanıb və onun vəziyyətinin kritik olduğu bildirilir.

Bu barədə “Marneuli” radiosuna Daxili İşlər Nazirliyindən məlumat verilib. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin 8-ci hissəsi ilə istintaq başlanıb. Həmin maddə nəqliyyat vasitələrinin hərəkət
təhlükəsizliyi və ya istismar qaydalarının iki və ya daha çox şəxsin ölümünə səbəb olan pozulmasını nəzərdə tutur.

Qanunvericiliyə əsasən, bu əməl 6 ildən 10 ilədək azadlıqdan məhrumetmə və 3 ilədək müəyyən vəzifə tutma və ya fəaliyyət hüququndan məhrumetmə ilə cəzalandırılır.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanları işləyir. Qəzanın başvermə səbəbləri araşdırılır.

Əsas şəkil Samirə Bayramovaya məxsusdur.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google