Kənd təsərrüfatı sektorunda vergi güzəştlərinin ləğv edilməsi özünü doğrultmayacaq - Dznelaşvili

Vergi mütəxəssislərinin bir hissəsi hesab edir ki, hazırkı mərhələdə kənd təsərrüfatı sektorunda vergi güzəştlərinin ləğv edilməsi düzgün olmayacaq.



Məsələ burasındadır ki, Maliyyə nazirinin müavininin dediyinə görə, bir sıra dövlət proqramlarının səmərəliliyi vergi xərclərindən daha yüksəkdir. Müvafiq olaraq, aqrosektorda tətbiq olunan güzəştlərin ləğvinin planlaşdırılıb-planlaşdırılmaması ilə bağlı suala cavab olaraq Qiorqi Kakauridze bildirib ki, gələcəkdə sahədəki vergi güzəştlərinin bir
hissəsinin məhz proqramlar istiqamətinə yönləndirilməsi istisna deyil.

"Tax & Legal Solutions" audit şirkətinin təsisçisi Zurab Dznelaşvili BMG-yə açıqlamasında bildirib ki, yerli istehsalçılar idxal olunan məhsullarla rəqabət aparmaqda onsuz da çətinlik çəkirlər və bu sahə üçün güzəştlərin saxlanılması zəruridir.

“Hesab edirəm ki, hazırda kənd təsərrüfatı ilkin məhsullarının istehsalı və tədarükü üçün müəyyən edilmiş vergi güzəştlərinin ləğvi özünü doğrultmayacaq, çünki bu, bir tərəfdən biznesin xərclərinin artmasına, digər tərəfdən isə qiymətlərin daha da yüksəlməsinə səbəb olacaq. Yerli istehsal olan kənd təsərrüfatı məhsulları qiymət baxımından onsuz da idxal olunan məhsullarla rəqabət aparmaq iqtidarında deyil. Təsəvvür edin ki, güzəştləri ləğv etsək və bura ƏDV əlavə olunsa, məhsul daha da bahalaşacaq və yerli istehsalçı ilə fermer kənd təsərrüfatı məhsullarını reallaşdıra bilməyəcək. Bazar Gürcüstanda da istehsal olunan, lakin yerli variantı daha baha olduğu üçün insanların idxalını aldığı məhsullarla doludur.

Dövlət proqramları məqsədyönlüdür, onlar yenə də konkret sahəyə və ya konkret istiqamətə təyin ediləcək. Məsələn, suvarma sistemi və ya tinglər maliyyələşdirilə bilər, lakin bu, hamını əhatə edəcək qədər kütləvi olmayacaq. Bu gün isə bu güzəşt kənd təsərrüfatı məhsulları istehsal edən hər kəsə şamil olunur. Müvafiq olaraq, hesab edirəm ki, bunun bu gün ləğv edilməsi qətiyyən düzgün olmaz. Əksinə, inkişaf etdirmək potensialımız olan yeganə sahə kənd təsərrüfatı sektorudur”,
— deyə Zurab Dznelaşvili bildirib.

"Tax & Legal Solutions"-un təsisçisi həmçinin qeyd edir ki, Maliyyə Nazirliyi vergi güzəştlərinin ixtisarı üçün digər istiqamətlərin təhlilini aparmalıdır.

“Vergi Məcəlləsi ilə çox sayda qeyri-ağlabatan vergi güzəştləri tətbiq edilib və bu güzəştli vergi rejimlərinin azaldılmasına nə qədər tez başlanılsa, hər kəs üçün bir o qədər yaxşı olar. Başa düşürəm ki, bu ağrılı prosesdir, ona görə də kimsə buna əl vurmur, lakin bu, vaxtında edilməlidir. Bəzi güzəştlər sosial təyinatlıdır və biz onlara toxuna bilmərik. Lakin müəyyən sahələri və ya sferaları stimullaşdırmaq və ya onlara kömək etmək məqsədilə tətbiq olunan bəzi güzəştlərimiz var ki, onların bir hissəsi reallıqda bazarı korlayır və rəqabəti pozur”, —  Dznelaşvili qeyd edib.


 

Mənbə: BusinessMedia


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google