Mübahisəli parlament sədri Şalva Papuaşvili bu gün, 14 may
tarixində, media nümayəndəsinin sualını cavablandırarkən
hökumətyönlü “İmedi” telekanalının Avropa Parlamentində
akkreditasiyasının bir il müddətinə dayandırılması ilə bağlı
məlumata münasibət bildirib.
Şalva Papuaşvilinin fikrincə, bir tərəfdən bu, “medianın əleyhinə
Böyük Britaniya tərəfindən qəbul edilmiş düşmən qərarın davamıdır
və məqsədi azad medianı bağlamaqdır”. Onun sözlərinə görə,
“Brüsselin bu gün qorxduğu
şey həqiqəti ifadə edən sözdür”.
Bununla yanaşı, Papuaşvili bildirib ki, bu qərar onu düşündürür ki,
bənzər tənzimləmələr Gürcüstan parlamentində də tətbiq
edilməlidirmi.
“Əgər Avropa qaydası belədirsə, akkreditasiya
qaydalarına müvafiq dəyişiklik etmək haqda düşünəcəyəm, xüsusilə də
respondentlərdən əvvəlcədən razılıq almaq məsələsini. Bizdə ilk
pozuntu zamanı akkreditasiya 1 aylıq, ikinci dəfə isə 6 aylıq
dayandırılır, Avropa Parlamentində isə ilk dəfə elə birbaşa 1 illik
dayandırılır. Buna da baxacağam,” — deyə o
bildirib.
Papuaşvilinin sözlərinə görə, “Avropa İttifaqı Gürcüstan
Parlamentini gözdən salmaq üçün yüz minlərlə avro xərcləyib.
Akkreditasiya qaydaları ilə bağlı Gürcüstan Parlamentinə qarşı
hücumlar olmuşdu. İndi isə məlum olur ki, Avropa Parlamentində
qaydalar Gürcüstan parlamentindəkindən daha sərtdir.”
Onun fikrincə, bu, “ikiüzlülüyün göstəricisidir”.
“Başa düşməlisiniz ki, Avropa Parlamentində, Brüsseldə
necə bir ikiüzlülük hökm sürür, Avropa İttifaqının səfirliyində
necə ikiüzlü insanlar oturublar ki, Gürcüstan Parlamentini tənqid
edir və ona hücum edirdilər, halbuki parlament sadəcə olaraq media
üçün elementar qaydalar yaratmağa çalışırdı,” — deyə
Papuaşvili əlavə edib.
Nə baş verir
Böyük Britaniya tərəfindən sanksiyaya məruz qalmış “İmedi”
telekanalı bildirir ki, onların Avropa Parlamentində fəaliyyəti bir
il müddətinə qadağan edilib və bu barədə rəsmi məktubu 13 may
tarixində alıblar.
“Onların dediyinə görə, qərar ‘İmedi həftəsi’
proqramında yayımlanan reportaja, həmçinin Rasa Yukneviçiene ilə
müsahibə almaq cəhdinə əsaslanır. Ehtimal olunur ki, ikinci səbəb
Marketa Qreqorovanın tələbi ilə bağlıdır; o, Avropa Parlamentində
‘İmedi’nin çəkiliş qrupunun olmasından narahat
olmuşdu,” — jurnalist Sopo Beridze 13 mayda
telekanalın efirində bildirib.
“İmedi”nin məlumatına görə, Moldova da Avropa Şurası Nazirlər
Komitəsinin 135-ci sessiyasını işıqlandırmaq üçün onlara
akkreditasiya verməyib. Eyni şəkildə “Rustavi 2” və “PosTV”
telekanalları da akkreditasiya ala bilməyib. Hər üç kanal
Gürcüstanda hökumətyönlü televiziya kanalları hesab olunur.
Hökumətyönlü kanallara qarşı sanksiyalar
24 fevralda, Ukraynada müharibənin başlanmasının düz dörd ili tamam
olan gün, Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf Ofisi
Rusiyaya qarşı tətbiq olunan sanksiyalar siyahısını yeniləyib.
Böyük Britaniya hökuməti Gürcüstanda fəaliyyət göstərən iki
hökumətyönlü televiziya kanalına — “Teleimedi” və “PosTV”-yə
maliyyə sanksiyaları tətbiq edib.
Sanksiyaların əsaslandırılması belə göstərilib: “destabilizasiya
məqsədilə dezinformasiya yayılması.”
Hər iki televiziya ilə bağlı eyni səbəb qeyd olunub:
“Bu media əsasən Gürcüstandakı auditoriya üçün
Rusiyanın Ukraynaya qarşı tammiqyaslı işğalı barədə qəsdən yanlış
və çaşdırıcı məlumatlar yayır. Bu məlumatlar Ukraynanın sabitliyini
pozan və ya onun ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini
təhlükə altına alan siyasət və fəaliyyətləri dəstəkləyir və ya
onlara yardım edir.”
“Gürcü Arzusu” hökumətinin başçısı İrakli Kobaxidze isə bildirib
ki, Böyük Britaniya tərəfindən sanksiyaya məruz qalan “İmedi” və
PosTV, eləcə də onların jurnalistlərinin hüquqları “təmin
olunacaq”.
“Maliyyə problemi olmayacaq” — “İmedi”
• 27 fevralda “İmedi” bəyan edib ki, onların “heç bir problemi, o
cümlədən maliyyə problemi olmayacaq”.
• Telekanalın imedi.ge və imedinews.ge saytları 25 fevral axşam
saatlarında bir müddət fəaliyyətini dayandırmışdı.
• Daha sonra bildirildi ki, “sanksiyalardan yaranan texniki problem
aradan qaldırılıb”.
Sanksiyaların təsiri
Sanksiyaların tətbiqindən sonra hökumətyönlü “İmedi” telekanalında
əməkhaqları nağd şəkildə verilir.
“Əməkhaqlarını zərflə paylayırlar,”
— məlumatlı mənbə 27 fevralda, maaşların verildiyi gün
"Azadlıq" Radiosuna bildirib.
27 martda isə məlum olub ki, Britaniyanın BBC Studios şirkəti
“İmedi” ilə “Ulduzlarla rəqs” (“Dancing with the Stars”)
proqramının format lisenziyasını dayandırıb. Bu proqram illərdir
hökumətyönlü kanalda yayımlanır və geniş populyarlıq
qazanmışdı.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.