Rubio: İrana təzyiq göstərmək Çinin xeyrinədir
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Hörmüz boğazının açılması məqsədilə İran hökumətinə təzyiq göstərmək Çinin maraqlarına uyğundur.

"Biz arqumentlərimizi çinlilərə çatdırmışıq və ümid edirəm ki, bunlar kifayət qədər inandırıcıdır. Onların bu həftənin sonunda BMT-də bu məsələ ilə bağlı addım atmaq imkanı olacaq", – Rubio ABŞ prezidenti Donald Trampı Pekində keçirilən ikigünlük sammitdə müşayiət edərkən "Fox
News"a deyib.

Rubio onu da əlavə edib ki, Hörmüz boğazındakı mövcud gərginlik Çinə digər ölkələrdən daha çox zərər vurur və Pekin İranı dəniz ticarətinə mane olmaqdan çəkindirməlidir.

"Bu məsələnin həlli birbaşa onların öz maraqlarına uyğundur",
– Rubio vurğulayıb. O qeyd edib ki, Çin gəmiləri Fars körfəzində ilişib qalıb, üstəlik, ötən həftə Çinin bir yük gəmisi "istəmədən də olsa", hücuma məruz qalıb.

"Ümid edirik ki, İranın hazırda Fars körfəzində törətdiyi əməllərdən çəkindirilməsi üçün onları daha fəal rol oynamağa inandıra biləcəyik", – Rubio bildirib.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google