Parlament “Ali təhsil haqqında” qanuna dəyişiklikləri qəbul
edib.
Nəticədə, 2025-ci il dekabrın 17-dək qəbul olunmuş tələbələrə
2030-2031-ci tədris ili də daxil olmaqla dövlət qrantlarını əldə
etmək və təkmilləşdirmək imkanı saxlanılacaq.
Qəbul edilmiş dəyişikliklər, qrant sisteminin ləğvinədək qüvvədə
olan qaydalar çərçivəsində universitetlərə qəbul olan və təhsil
müddətində dövlət maliyyələşməsini əldə edə biləcəklərini və ya
mövcud qrantlarını artıra
biləcəklərini gözləyən tələbələrə şamil
edilir.
Qanunun izahat vərəqəsinə əsasən, əvvəlki tənzimləmə yalnız artıq
əldə edilmiş maliyyələşmənin saxlanılmasını nəzərdə tuturdu ki, bu
da tələbələrin gələcəkdə maliyyələşməni təkmilləşdirmək və ya
dövlət qrant müsabiqələrində iştirak etmək imkanını istisna
edirdi.
Dəyişikliklər nəticəsində keçid dövründə tələbələrin yenə də
aşağıdakı imkanları olacaq:
- Dövlət qrant müsabiqələrində iştirak etmək;
- Sosial proqramlardan yararlanmaq;
- Tədris və magistratura qrantlarını əldə etmək və ya
təkmilləşdirmək.
Qanun həmçinin 2025-ci ilin vahid milli və ya ümumi magistratura
imtahanlarının nəticələri əsasında Gürcüstanda təhsil alan xarici
ölkə vətəndaşı olan tələbələrə də şamil edilir. Onlar da dövlət
tədris və ya tədris-magistratura qrantlarını ala biləcəklər.
İzahat vərəqinə görə, dəyişiklik 2026-cı il büdcəsindən əlavə
maliyyə resursu tələb etmir, çünki müvafiq xərclər artıq Təhsil
Nazirliyinin ayırmalarında nəzərə alınıb.
Mənbə: BusinessMedia
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.