Levan Davitaşvili İtaliyanın neft şirkətinin icraçı direktoru olub

Keçmiş iqtisadiyyat naziri Levan Davitaşvili "İtaliana Petroli" neft şirkətinin icraçı direktoru olub.



“API Holding-dən "Italiana Petroli"nin (IP) səhmdar kapitalının 99,82%-nin alınması prosesi başa çatdıqdan sonra SOCAR, Levan Davitaşvilinin IP-nin CEO-su (icraçı direktoru) təyin edildiyini elan edir.

Bu statusda Davitaşvili IP-nin İtaliyadakı əməliyyatlarına rəhbərlik edəcək, fəaliyyətin fasiləsizliyinin təmin edilməsinə, milli enerji bazarında mövqeyinin qorunub saxlanılmasına və daha
da gücləndirilməsinə, habelə şirkətin SOCAR qrupuna inteqrasiyasına nəzarət etməyə fokuslanacaq.

İtalyan dilini bilən Davitaşvili şirkətə dövlət və özəl sektorun yüksək rəhbər vəzifələrindəki 25 ildən artıq təcrübəsini qazandıracaq.

O, 2021-ci ildən 2025-ci ilədək Gürcüstanın birinci vitse-baş naziri, iqtisadiyyat və davamlı inkişaf naziri vəzifələrində çalışıb, ölkənin iqtisadi strategiyasına rəhbərlik edib və əsas infrastruktur təşəbbüslərinin həyata keçirilməsini dəstəkləyib.

O, həmçinin Cənubi Qafqazı Avropa İttifaqına üzv ölkələrlə birləşdirən "Yaşıl Enerji Dəhlizi" təşəbbüsündə ölkənin iştirakına rəhbərlik edib. 2025-ci ilin noyabrından isə SOCAR prezidentinin müşaviri vəzifəsində çalışıb”,
– deyə bəyanatda bildirilir.

Rəsmi məlumata görə, 2026-cı ilin fevralında Levan Davitaşvili Dövlət Təhlükəsizlik Xidmətinin Anti-Korrupsiya Agentliyində aparılan istintaq çərçivəsində iri şirkətlərdən biri ilə bağlanmış müqavilə ilə bağlı dindirilib.

Davitaşvili dindirmədən çıxdıqdan sonra jurnalistlərə qaz təchizatı məsələsinin müzakirə edildiyini bildirib. Onun sözlərinə görə, suallar Gürcüstanın Avropa ölkələrinin qaz təchizatında aktiv iştirakının "risklər yarada biləcəyi" ilə bağlı olub.

Davitaşvilinin bu bəyanatına cavab olaraq Dövlət Təhlükəsizlik Xidməti bildirib ki, keçmiş vitse-premyer Anti-Korrupsiya Agentliyinə görüş üçün deyil, konkret cinayət işi üzrə dindirməyə çağırılıb.

Dindirmənin ertəsi günü onun ölkəni tərk etdiyi barədə məlumat yayılıb. Onun ölkədən çıxışını Dövlət Təhlükəsizlik Xidməti də təsdiqləyib. Davitaşvili özü isə ölkəni işgüzar səfərlə tərk etdiyini və həftə sonu qayıdacağını bildirsə də, onun qayıdışı barədə məlumat yayılmayıb və o, mediada görünməyib.

Mənbə: Publika


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google