Birinci sinif şagirdlərinin qeydiyyatının III mərhələsi niyə Marneuli və digər bəzi bələdiyyələrə aid deyil
Birinci sinif şagirdlərinin qeydiyyatının üçüncü mərhələsi başlayıb. Bu, ərazi prinsipi ilə həyata keçirilən qeydiyyat mərhələsidir və Təhsil və Elm Nazirliyinin məlumatına görə, yalnız Gürcüstanın 12 şəhərində qüvvədədir.

Siyahıya Marneuli, Qardabani, Bolnisi və Dmanisi daxil edilməyib. Buna səbəb isə həmin bələdiyyələrdə ərazi prinsipinin tətbiq olunmamasıdır.

Əgər siz bu gün Marneulidən xüsusi veb-saytda qeydiyyatdan keçməyə çalışsanız və şagirdin məlumatlarını
daxil etsəniz, portal sizə belə bir bildiriş təqdim edəcək:

“Uşağın qeydiyyatı mümkün deyil, çünki 15 aprel 2026-cı il tarixinə olan məlumata görə, onun hüquqi qeydiyyat ünvanı qeydiyyatın bu mərhələsinin şamil olunduğu 12 şəhər siyahısında yer almayıb”.

Bu isə o deməkdir ki, ərazi prinsipi yalnız məktəb zonalarına bölünmüş Tbilisi, Kutaisi, Batumi və Rustavi şəhərlərində, həmçinin inzibati sərhədlərlə müəyyən olunan Poti, Zuqdidi, Telavi, Ambrolauri, Axaltsixe, Ozurqeti, Msxeta və Qori şəhərlərində qüvvədədir.

Bu şəhərlərdən başqa digər bələdiyyələrin şagirdləri qeydiyyatın üçüncü mərhələsində qeydiyyatdan keçə bilməyəcəklər.

Onlar qeydiyyatdan IV mərhələdə — ümumi onlayn qeydiyyat zamanı keçməlidirlər. Bu mərhələ 15 iyun 2026-cı ildə başlayacaq və 3 iyul tarixinədək davam edəcək.

Qeydiyyat Təhsil İdarəetmə İnformasiya Sisteminin rəsmi internet səhifəsi olan registration.emis.ge vasitəsilə həyata keçiriləcək. Qeydiyyatı valideyn və ya qanuni nümayəndə aparmalıdır.

Elektron şəkildə qeydiyyatdan keçən şagirdlərin məktəbə qəbul olunması üçün tələb olunan sənədlər 6 iyuldan 17 iyuladək təqdim edilməlidir. Müəyyən olunmuş müddətdə sənədlər təqdim olunmadığı halda qeydiyyat avtomatik ləğv ediləcək.

Bu il Marneulidə həm özəl, həm də dövlət təhsil müəssisələrinə ümumilikdə 2000-ə yaxın birinci sinif şagirdinin qəbulu gözlənilir. Hazırda bələdiyyə üzrə 74 dövlət və 2 özəl məktəb fəaliyyət göstərir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google