Hökumət dövlət tikinti layihələrini tənzimləyən qanunvericilik
normalarında yeni dəyişikliklər paketi hazırlayır.
Onların sözlərinə görə, bu dəyişikliklərin məqsədi
“infrastruktur layihələrinin icrası prosesinin
təkmilləşdirilməsi, layihələrin dayanması riskinin azaldılması və
tikinti sektorunda daha dayanıqlı və məsuliyyətli mühitin
yaradılmasıdır.”
Dəyişikliklərin 55 saylı qərarla təsdiqlənmiş texniki reqlamentə və
“Dövlət satınalmaları haqqında” Gürcüstan qanununa edilməsi
planlaşdırılır.
Bəyanatda qeyd olunur ki, “bu dəyişikliklər tikinti sektoru
və
dövlət satınalmaları sistemində ən mühüm sistemli islahatlardan
biridir”. Bu çərçivədə tikinti sektorunun gücləndiriləcəyi və
satınalma sistemində daha yüksək şəffaflıq standartlarının tətbiq
olunacağı bildirilir.
“Dəyişikliklər çərçivəsində üstəlik (ümumi inzibati) və
gözlənilməz xərclər üçün limit artırılır, tikinti materiallarının
və maşın-mexanizmlərin qiymətləri yenilənir. Bununla yanaşı,
indeksasiya mexanizmi tətbiq ediləcək ki, bu da layihənin icrası
zamanı qiymətlər dəyişdiyi halda müqavilə dəyərinin qismən
düzəldilməsini təmin edəcək.
İslahat həmçinin kiçik və orta biznesin dəstəklənməsini nəzərdə
tutur — dövlət tenderlərində iştirak edən namizəd şirkət ilə onun
subpodratçısının təcrübəsinin birləşdirilməsi mümkün olacaq. Bu isə
şirkətlərə iri layihələrdə daha fəal iştirak etmək imkanı
verəcək,” — deyə bəyanatda bildirilir.
Bununla yanaşı, paralel olaraq “məsuliyyət və nəzarət mexanizmləri
sərtləşdirilir” — “qeyri-real dərəcədə aşağı qiymətlərlə”
tenderlərdə iştirak məhdudlaşdırılır.
Dəyişikliklər həmçinin “qara siyahı” adlandırılan mexanizmə də
aiddir. Onun tətbiq dairəsi genişləndirilir və nəticədə maliyyə və
ya korrupsiya cinayətləri ilə əlaqəli şəxslərin şirkətləri dövlət
tenderlərindən diskvalifikasiya edilə bilər.
Planlaşdırılan dəyişikliklərlə bağlı İrakli Kobaxidze və Revaz
Soxadze tikinti şirkətlərinin və kommersiya banklarının
nümayəndələri ilə görüş keçiriblər. Görüşdə Levan Jorjoliani də
iştirak edib.
Görüşdə həmçinin Səmərəlilik Departamentinin rəhbəri Quram
Dumbadze, Dövlət Satınalmaları Agentliyinin sədri Levan Razmadze və
Levan Samxarauli adına Milli Məhkəmə Ekspertizası Bürosunun
nümayəndələri iştirak ediblər.
Görüş başa çatdıqdan sonra İrakli Kobaxidze bildirib ki, onların
əsas məqsədi maksimum keyfiyyətli infrastruktur əldə etmək və bunun
üçün dövlətin bazar qiyməti ödəməsini təmin etməkdir.
Kobaxidzenin sözlərinə görə, bu istiqamətdə artıq bir sıra görüşlər
keçirilib və təqdim olunan dəyişikliklər müsbət qarşılanıb.
“Biz istəyirik ki, şirkətləri, xüsusilə də Gürcüstan
şirkətlərini maksimum dərəcədə gücləndirək. Bu bizim əsas
məqsədimizdir və bu gün sektorda fəaliyyət göstərən şirkətlərə
təqdim etdiyimiz dəyişikliklər də məhz buna xidmət edir. Onların
böyük əksəriyyəti bu dəyişiklikləri müsbət
qiymətləndirdi,” — deyə İrakli Kobaxidze qeyd
edib.
Mənbə: Publika
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.