Qanunsuz meşə istifadəsinə qarşı mübarizədə 14 qanun pozuntusu aşkarlanıb
Gürcüstanda qanunsuz meşə istifadəsinə qarşı aparılan nəzarət tədbirləri çərçivəsində 14 hüquq pozuntusu qeydə alınıb.

Gürcüstan Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitin Nəzarəti Departamentinin məlumatına görə, yoxlamalar Acarıstan, Quriya, Sameqrelo, Raça və Şida Kartli bölgələrində aparılıb. Pozuntular Xulo, Ozurqeti, Zuqdidi, Çxalencixa, Martvili, Oni və Kaspi rayonlarında, eləcə də Surami qəsəbəsi ətrafında aşkarlanıb.

Məlumata əsasən,
vətəndaşlar ağac materialını nəqliyyat vasitələri ilə qaydaları pozaraq daşıyıblar.

Ümumilikdə 75 ədəd dairəvi ağac materialı, 39 kubmetrdən çox ilkin emal olunmuş taxta məhsulu və 6 kubmetrə qədər odun müsadirə edilərək möhürlənib.

Qurumun açıqlamasına görə, hüquq pozuntuları ilə bağlı sənədləşmə aparılıb və materiallar aidiyyəti qurumlara göndərilib.

Ətraf Mühitin Nəzarəti Departamenti ölkə üzrə 24 saatlıq patrul xidməti həyata keçirir və 153 qaynar xəttinə daxil olan müraciətlərə operativ reaksiya verir. Bildirilib ki, aprel ayında ağac daşınması qaydalarının pozulması ilə bağlı 58 fakt aşkarlanıb.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google