Milli Qida Agentliyi Marneulidə şirniyyat məhsulundan, xüsusilə
də tortdan baş verdiyi ehtimal edilən kütləvi zəhərlənmə hadisəsi
ilə bağlı rəsmi araşdırmalara başlayıb.
Qurumun yaydığı məlumata görə, Marneuli bələdiyyəsində aralarında
bir uşağın da olduğu 6 nəfər sözügedən qidanı qəbul etdikdən sonra
özlərini pis hiss ediblər.
“Qurumumuza Marneuli bələdiyyəsində 6 nəfərin şirniyyat
məhsulundan zəhərlənməsi şübhəsi ilə bağlı bildiriş daxil olub.
Məlumat daxil olan kimi agentliyin Kvemo Kartli Departamenti dərhal
araşdırmalara başlayıb. Müfəttiş qrupu dövlət nəzarəti çərçivəsində
vətəndaşın tortu aldığını bildirdiyi obyektdə plandankənar yoxlama
həyata keçirəcək. Bundan başqa, agentliyimiz Xəstəliklərə Nəzarət
və İctimai Səhiyyə Milli Mərkəzi ilə sıx koordinasiyada fəaliyyət
göstərir. Məlumatlar tam dəqiqləşən kimi ictimaiyyətə əlavə
açıqlama veriləcək”, – Milli Qida Agentliyinin
bəyanatında bildirilir.
Xatırladaq ki, hadisə ilə bağlı məlumatı vətəndaş Nərmin Səfərova
sosial şəbəkədə paylaşıb. O, zərərçəkənlərin fotolarını təqdim
edərək Milli Qida Agentliyindən Marneulidə yerləşən "Oven"
şirniyyat evində təcili yoxlama aparılmasını xahiş edib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.