Gürcüstan Maliyyə Nazirliyi Gəlirlər Xidməti-nin gömrük əməkdaşları
Sarpi Gömrük Keçid Məntəqəsi və Kutaisi
Beynəlxalq Hava Limanı gömrük keçid məntəqələrində külli miqdarda
bəyan edilməmiş qızıl məmulatlarının ölkəyə gətirilməsi cəhdinə
dair 5 faktı aşkar edərək qarşısını alıblar.
Cari ilin 1–13 may tarixlərində aparılan nəzarət tədbirləri zamanı
şübhə əsasında yoxlanılan Gürcüstan və xarici ölkə vətəndaşlarının
həm şəxsi üzərində, həm
baqajlarında, həm də avtomobillərində
ümumilikdə 364 qram çəkidə bəyan edilməmiş qızıl məmulatları və 48
ədəd brilyant daş aşkar edilib.
Aşkar edilən bəyan edilməmiş malların ümumi gömrük dəyəri 122 min
368 lari təşkil edib.
Üç hüquq pozuntusu ilə bağlı materiallar əlavə araşdırma üçün
Gürcüstan Maliyyə Nazirliyi İstintaq Xidmətinə göndərilib, iki şəxs
isə Gömrük Məcəlləsinin 168-ci maddəsinin I hissəsinə əsasən
ümumilikdə 17 min 157 lari məbləğində cərimələnib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.