Səhiyyə Nazirliyinin Tənzimləmə Agentliyi 20 günlük yeni doğulmuş körpənin xəsarət alması ilə bağlı məlumatın araşdırılmasına başlayıb
Səhiyyə Nazirliyinin Tənzimləmə Agentliyi 20 günlük yeni doğulmuş körpənin xəsarət alması ilə bağlı yayılan məlumatın araşdırılmasına başlayıb. Bu barədə “İnterpressnews” agentliyinə Səhiyyə Nazirliyindən məlumat verilib.

20 günlük körpənin ailəsi Batumi İaşvili Klinikasını səhlənkarlıqda və uşağa travma yetirməkdə ittiham edir.

Uşağın atasının “TV Pirveli” telekanalına verdiyi məlumata görə, yeni doğulmuş körpə klinikaya virus infeksiyası ilə aparılıb, lakin “bu
gün uşağın başında travma var”.


“Uşaq iki həftəlik idi, evdə bronxları ağırlaşdı və biz onu Batumi İaşvili Klinikasına apardıq. Bizə dedilər ki, uşağın baş sümüyü sınıb və buna görə ailəni günahlandırırlar”, – deyə yeni doğulmuşun körpənin atası bildirib.

Bununla yanaşı, ailənin yaxınlarından birinin sözlərinə görə, zədə böyük ehtimalla uşağa klinikada yetirilib.

“Zədəni uşağa bunlar yetiriblər, amma ailəni günahlandırırlar. Uşaq sağlam şəkildə, sadəcə virusla klinikaya daxil olmuşdu, oradan isə başı zədələnmiş vəziyyətdə çıxarılıb”, – deyə ailənin yaxını bildirib.

Qeyd olunur ki, körpə hazırda Tbilisiyə köçürülüb.

O, hazırda İaşvili adına klinikada müalicə olunur.

Mənbə: İnterPressNews


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google