Səhiyyə Nazirliyinin Tənzimləmə Agentliyi 20 günlük yeni doğulmuş
körpənin xəsarət alması ilə bağlı yayılan məlumatın araşdırılmasına
başlayıb.
Bu barədə “İnterpressnews” agentliyinə Səhiyyə Nazirliyindən
məlumat verilib.
20 günlük körpənin ailəsi Batumi İaşvili Klinikasını səhlənkarlıqda
və uşağa travma yetirməkdə ittiham edir.
Uşağın atasının “TV Pirveli” telekanalına verdiyi məlumata görə,
yeni doğulmuş körpə klinikaya virus infeksiyası ilə aparılıb, lakin
“bu gün uşağın başında travma var”.
“Uşaq iki həftəlik idi, evdə bronxları ağırlaşdı və biz
onu Batumi İaşvili Klinikasına apardıq. Bizə dedilər ki, uşağın baş
sümüyü sınıb və buna görə ailəni günahlandırırlar”, –
deyə yeni doğulmuşun körpənin atası bildirib.
Bununla yanaşı, ailənin yaxınlarından birinin sözlərinə görə, zədə
böyük ehtimalla uşağa klinikada yetirilib.
“Zədəni uşağa bunlar yetiriblər, amma ailəni
günahlandırırlar. Uşaq sağlam şəkildə, sadəcə virusla klinikaya
daxil olmuşdu, oradan isə başı zədələnmiş vəziyyətdə
çıxarılıb”, – deyə ailənin yaxını bildirib.
Qeyd olunur ki, körpə hazırda Tbilisiyə köçürülüb.
O, hazırda İaşvili adına klinikada müalicə olunur.
Mənbə: İnterPressNews
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.