Tetritskaro şəhərində inzibati bina və Diyarşünaslıq Muzeyinin bərpası üçün 900 668 lari xərclənməsi planlaşdırılır
Tetritskaro yerli özünüidarəetməsi şəhərdə yerləşən bələdiyyə inzibati binasının həyətinin abadlaşdırılmasını, həmçinin Diyarşünaslıq Muzeyinin fasadının və dam örtüyü sisteminin bərpasını, həyət ərazisinin abadlaşdırılması, landşaft dizaynı və dendrologiya işlərinin həyata keçirilməsini planlaşdırır.

Tetritskaro meriyasının elan etdiyi tenderə əsasən, Tamar Mepe küçəsi 35 ünvanında yerləşən inzibati binanın həyətinin abadlaşdırılması nəzərdə tutulur. Layihə çərçivəsində hasarın, avtodayanacağın, küçə işıqlarının, park skamyalarının quraşdırılması və
zibil qutularının yerləşdirilməsi planlaşdırılır.

Layihə sənədində qeyd olunur ki, ərazinin şimal-şərq hissəsində 4 yerlik avtodayanacaq quraşdırılacaq. Bundan əlavə, bazalt bordürlə əhatə olunmuş beton piyada yolu çəkiləcək. Avtodayanacaqda və ərazinin cənub-şərq hissəsində yolun müəyyən hissəsinə beton örtük salınacaq. Layihəyə uyğun olaraq münbit torpaq qatı gətiriləcək, ot örtüyü salınacaq və ərazi yaşıllaşdırılacaq. Həyətdə fotiniya və iriyarpaqlı abeliya kollarının əkilməsi də planlaşdırılır.

Tetritskaro meriyası həmçinin Tamar Mepe küçəsi 33 ünvanında yerləşən Diyarşünaslıq Muzeyinin fasadının bərpası və həyətinin abadlaşdırılması işlərini həyata keçirməyi planlaşdırır.

Layihəyə əsasən, muzeydə bir sıra bərpa işləri aparılacaq. Bunlara əsas girişdəki taxta qapının bərpası və rəngli şüşə elementlərin əlavə olunması, zirzəmiyə giriş üçün metal naxışlı üç qapının quraşdırılması daxildir. Həm zirzəmi, həm də birinci mərtəbədəki bütün pəncərələrə metal barmaqlıqlar qoyulacaq. Zirzəmi hissəsində tor örtüklər yerləşdiriləcək, binanın bütün fasadlarındakı daş karnizlər bərpa olunacaq. Üçüncü mərtəbənin şimal-şərq, cənub-şərq və cənub-qərb hissələrində yerləşən sütunlar suvanacaq və rənglənəcək. Bundan əlavə, fasaddakı bütün qapı və pəncərələrin kənar hissələrinin də suvanılması və rənglənməsi nəzərdə tutulur.

Layihə çərçivəsində həyətin abadlaşdırılması və yaşıllaşdırılması ilə yanaşı, ərazidə talvar, iki fərqli ölçüdə xiyaban və arxeoloji qazıntılar üçün xüsusi məkanın yaradılması da planlaşdırılır.

Tetritskaro bələdiyyəsinin elan etdiyi tenderə əsasən, layihəyə ümumilikdə 900 668 lari ayrılıb. Məbləğin 16,73 faizi yerli büdcədən, 83,27 faizi isə dövlət büdcəsindən maliyyələşdiriləcək.

Şirkətlər tenderdə iştirak üçün müraciətlərini 31 may – 5 iyun tarixləri arasında təqdim edə biləcəklər. Qalib şirkət işləri müqavilə imzalandıqdan sonra 150 gün ərzində tamamlamalı olacaq.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google