Milli Qida Agentliyinin Sameqrelo–Yuxarı Svaneti üzrə inspektorları
və Gürcüstan Daxili İşlər Nazirliyinin
Xobi rayon idarəsinin əməkdaşlarının birgə keçirdiyi tədbir
nəticəsində sağlamlıq üçün təhlükə yaradan ətin realizə olunması
cəhdi aşkarlanıb.
Qurumun məlumatına görə, hüquq-mühafizə orqanları şəxsi avtomobili
ilə 85 kiloqram iri buynuzlu heyvan əti və əlavə məhsullar — dəri,
baş-ayaq hissələri, daxili orqanlar və digər məhsulları daşıyan
şəxsi
müəyyən ediblər. Avtomobildə həmçinin emal olunmamış heyvan
başı da aşkarlanıb.
Yoxlama zamanı məlum olub ki, heyvan məcburi təhlükəsizlik
qaydaları pozularaq, kəsim məntəqəsindən kənarda və baytarlıq
nəzarəti olmadan kəsilib. Bundan əlavə, ətin orqanoleptik
göstəricilərinin müəyyən olunmuş standartlara uyğun olmadığı
müəyyən edilib.
Qanunvericiliyə uyğun olaraq, həmin şəxs cərimələnib, götürülən ət
isə məhv edilməsi məqsədilə möhürlənib.
Milli Qida Agentliyi bildirir ki, baytarlıq nəzarəti olmadan heyvan
kəsimi insan sağlamlığı və həyatı üçün ciddi təhlükə yaradır,
həmçinin zoonoz xəstəliklərin, o cümlədən qarayara və brusellyozun
yayılması riskini artırır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.