Tbilisi və Bakı arasında sərnişin qatarlarının hərəkəti mayın 26-dan bərpa olunur
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşüb. Görüşdə tərəflər iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərini və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər. Ticarət-iqtisadi əlaqələrin dinamikası və bu xüsusda Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının rolu qeyd olunub. Gürcüstan tərəfi yaxın vaxtlarda komissiyanın növbəti iclasına ev sahibliyi etməyə hazır olduğunu bildirib. Liderlər həmçinin regional
geosiyasi çağırışlar və Gürcüstanla Azərbaycanın birgə icra etdiyi layihələr barədə danışıblar.

Görüşün yekununda iki ölkə arasında energetika və nəqliyyat sektorlarında sənədlər paketi imzalanıb:

Gürcüstan və Azərbaycan arasında elektrik enerjisinin tədarükü və tranziti üzrə əsas şərtləri müəyyən edən 20 illik hökumətlərarası müqavilə imzalanıb.

Azərbayandan qazın alqı-satqısı ilə bağlı 2003-cü ildə bağlanmış müqavilənin müddəti sosial qaz təchizatı ilə bağlı olaraq daha 20 il uzadılıb. Gürcüstan tərəfdən sənədləri iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili, Azərbaycan tərəfdən isə iqtisadiyyat naziri Mikayıl Cabbarov və energetika naziri Pərviz Şahbazov imzalayıblar.

Bakı-Tbilisi-Qars dəmir yolunun yeni sahəsinin tam istismara verilməsini nəzərdə tutan ikitərəfli Əlaqələndirmə Şurasının protokolu imzalanıb. Sənədə Mariam Kvrivişvili və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev imza atıblar.

Əldə olunmuş razılaşmaya əsasən, 6 illik fasilədən sonra Tbilisi və Bakı arasında hər gün fəaliyyət göstərəcək sərnişin qatarlarının hərəkəti mayın 26-dan etibarən bərpa olunacaq. Sənədlərin imzalama mərasimində İrakli Kobaxidze və İlham Əliyev iştirak ediblər.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google