Mayın 26-dan Bakı-Tbilisi-Bakı üzrə gündəlik sərnişin qatarının
hərəkətinin bərpa olunacağını Azərbaycan İqtisadiyyat Nazirliyi
təsdiqləyib.
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Bakıya səfəri
çərçivəsində, iki ölkə arasında iqtisadiyyat, enerji və nəqliyyat
sahələrində hökumətlərarası sazişlər toplusu imzalanıb. Bu barədə
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bəyanat
yayımlayıb.
Mayın 18-də keçirilən imzalama mərasimində Azərbaycan Prezidenti
İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze
iştirak
ediblər.
Liderlər bu sənədlərin iki ölkənin regional bağlantı qovşağı kimi
rolunu gücləndirəcəyini vurğulayıblar.
İmzalanan sazişlərə əsasən:
- Gürcüstana təbii qaz və elektrik enerjisinin tədarükü davam
etdiriləcək, həmçinin Azərbaycan qazının və elektrik enerjisinin
Gürcüstan üzərindən beynəlxalq bazarlara tranziti
tənzimlənəcək.
- Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin idarə edilməsi "BTKI
Dəmir Yolları" Birgə Müəssisəsinə ötürüləcək və modernləşdirmə
işləri yekunlaşacaq.
- Mayın 26-dan etibarən Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik
sərnişin qatarlarının hərəkəti bərpa olunacaq.
Bundan başqa, SOCAR və Gürcüstan tərəfi Supsa Neft Terminalı və
Qərb Marşrutu İxrac Boru Kəmərinin istismar şərtlərini müəyyən
ediblər. Dövlət şirkətləri arasında əsas kommersiya müqavilələrinin
bu il oktyabrın 15-dək bağlanması planlaşdırılır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.