Papuaşvili Çində Kommunist Partiyasının Siyasi Büro üzvü və həmkarı ilə görüşüb

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Çin Xalq Respublikasında rəsmi səfərdədir.



Parlamentin mətbuat xidmətinin yaydığı məlumata görə, Şalva Papuaşvili Çin Kommunist Partiyası Siyasi Bürosunun Daimi Komitəsinin üzvü, Çin Xalq Siyasi Məsləhət Şurasının sədri Vanq Hüning, daha sonra isə Çin parlamentinin – Ümumdünya Xalq Nümayəndələri Konqresinin Daimi Komitəsinin sədri Cao Leci ilə görüşüb.

Mətbuat xidmətinin məlumatına əsasən, Vanq
Hüning ilə keçirilən görüşdə Ş. Papuaşvili bəyan edib ki, Gürcüstan və Çin milli suverenliyin, sülhün və təhlükəsizliyin qorunmasına sadiqliyi bölüşür, həmçinin beynəlxalq hüquq prinsiplərini, beynəlxalq düzənin möhkəmləndirilməsini, beynəlxalq münasibətlərdə bərabərlik və qarşılıqlı hörmətin qorunmasını qətiyyətlə dəstəkləyirlər.

Açıqlamada Çin tərəfinin Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə güclü dəstəyini bir daha təsdiqlədiyi bildirilir. Məlumatda qeyd olunur ki, tərəflər indiki qeyri-sabit dünyada nəqliyyat, loqistika və bağlantı məsələlərində əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. Görüşdə Gürcüstanın Çinin “Bir qurşaq, bir yol” təşəbbüsündə iştirakı, eləcə də “Orta Dəhliz”in potensialından daha səmərəli istifadə edilməsinin vacibliyi qeyd olunub.

Çin parlamentinin sədri ilə keçirilən görüşə gəlincə, Gürcüstan tərəfi rəsmi Pekinə ölkənin suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür edib. Şalva Papuaşvili, həmçinin Gürcüstanın “Vahid Çin prinsipi”nə sadiqliyini təsdiqləyib. Tərəflər indiki qeyri-sabit dünyada beynəlxalq hüququn fundamental prinsiplərinin dəstəklənməsinin getdikcə daha böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.

Gürcüstan Parlamentinin sədri çinli həmkarını ölkəsinə rəsmi səfərə dəvət edib.


 

Mənbə: Publika


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google