İran rəsmisi: Xameneinin xəsarətləri ciddi deyil
İran Səhiyyə Nazirliyinin rəsmisi Hüseyn Kərmanpur ali lider Müctəba Xameneinin ağır yaralanması ilə bağlı xəbərləri təkzib edib.
Onun sözlərinə görə, Xamenei xarici görünüşünü dəyişdirməyən yüngül xəsarətlər alıb, heç bir əzası amputasiya olunmayıb və daimi əlilliyi yoxdur.

Fevralın 28-də İsrailin Əli Xameneinin iqamətgahına zərbələri zamanı ali lider və onlarla yüksəkvəzifəli şəxs həlak olub. M.Xameneinin həmin hücumda ağır
yaralandığı bildirilirdi. O, martın 8-də atasının yerinə İranın ali lideri elan edilib.

Bundan əvvəl rejim rəsmiləri və İran dövlət mediası M.Xameneini "əlil veteran" kimi təqdim edirdi.

Beynəlxalq media qurumları onun üz, qol, bədən və ayaq nahiyələrindən ciddi xəsarətlər aldığını, müalicəsinin davam etdiyini və zəif görünməmək üçün ictimaiyyət qarşısına çıxmadığını yazmışdı.


Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



Print Email
FaceBook Twitter Google