Mayın 19-na keçən gecə Rusiya qoşunları Ukrayna ərazisinə 209 dron
ilə hücum edib.
Ukrayna Silahlı Qüvvələrinin yaydığı məlumata görə, onlardan 180-i
zərərsizləşdirilib. Hücumlar nəticəsində Xarkov vilayətinin
Pokotilovka kəndində 69 yaşlı bir qadın həlak olub, aralarında bir
uşaq da olmaqla daha üç nəfər yaralanıb.
Öz növbəsində, Rusiyanın Müdafiə Nazirliyi ölkənin müxtəlif
regionlarında ümumilikdə 315 Ukrayna dronunun vurulduğunu
bəyan
edib. Nazirliyin məlumatına görə, PUA-lar Yaroslavl, Novqorod,
Ryazan, Pskov, Tambov, Tver, Tula və Moskva vilayətləri üzərində
zərərsizləşdirilib.
Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev regionun kütləvi
hücuma məruz qaldığını və sənaye obyektlərindən birinə zərbə
dəydiyini açıqlayıb.
Moskva meri Sergey Sobyanin isə mayın 19-u səhər saatlarında
paytaxt üzərində dörd dronun vurulduğunu bildirib.
17 may
Ukraynanın Moskva vilayətinə hücumunda 3 nəfər ölüb
Mayın 17-də Ukrayna son bir il ərzində Moskva vilayətinə ən böyük
hücumunu həyata keçirib. Üç nəfərin öldüyü bildirilir. Ukrayna ilə
sərhəddə yerləşən Belqorod vilayətində isə bir nəfər həlak olub.
Rusiya Müdafiə Nazirliyi ölkənin azı 12 regionunda mindən çox
dronun vurulduğunu açıqlayıb.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyov ölənlərlə bağlı
məlumatı təsdiqləyib. Onun sözlərinə görə, bir neçə yaşayış binası
və infrastruktur obyekti ziyan görüb, xilasedicilər dağıntılar
altında qalan azı bir nəfəri axtarır.
Moskvaya uçan 81 dron vurulub
Hava hücumundan müdafiə sistemləri Moskvaya doğru hərəkət edən 81
dronu məhv edib.
TASS agentliyi Moskva meri Sergey Sobyaninə istinadən 12 nəfərin
yaralandığını bildirib. Yaralıların əksəriyyəti Moskva neft emalı
zavodlarından birinin girişinə yaxın ərazidə xəsarət alıb. Amma
zavodun texnoloji avadanlıqlarına ziyan dəymədiyi açıqlanıb.
Ölkənin ən böyük hava limanı olan Moskva "Şeremetyevo" aeroportu da
dron qalıqlarının aerodrom ərazisinə düşdüyünü, lakin heç bir ziyan
vurmadığını bildirib. Bundan başqa, Kaluqa, Bryansk, Smolensk və
Pskov vilayətlərində, eləcə də Rusiyanın 2014-cü ildə qanunsuz
ilhaq etdiyi Ukraynanın Krım yarımadasında da Ukrayna dronları
vurulub.
Bu hücumdan iki gün əvvəl Moskva Kiyevə qarşı ən ağır zərbələrdən
birini endirib. Rusiya raketinin yaşayış binasına düşməsi
nəticəsində üçü uşaq olmaqla 24 nəfər həlak olub.
"Ruslara açıq şəkildə deyirik ki..."
Ukrayna prezidenti Volodimir Zelenski X platformasında hücumları
təsdiqləyib. "Rusiyanın müharibəni uzatmasına, şəhərlərimiz və
icmalarımıza hücumlarına cavablarımız tamamilə haqlıdır. Biz
ruslara açıq şəkildə deyirik: onların dövləti bu müharibəni
dayandırmalıdır", - o yazıb.
Zelenski axşam videomüraciətində əlavə edib ki, Ukrayna
silahlarının hədəf vurma mənzilinin artması müharibənin gedişatını
dəyişir: "Bu dəfə hədəflərə məsafə 500 kilometrdən çox idi. Moskva
vilayəti Rusiya hava hücumundan müdafiə sistemlərinin ən çox
yerləşdirildiyi bölgədir, lakin Ukraynanın uzaqmənzilli imkanları
artıq bunu aşa bilir".
Son raket və dron hücumlarından əvvəl iki ölkə arasında üçgünlük
gərgin atəşkəs başa çatıb. Bu atəşkəs mayın 9-da Rusiyanın Qələbə
Günü paradı ilə eyni vaxta salınmışdı. Zelenski Moskvanın
Ukraynanın şərq cəbhəsində atəşkəsə əməl etmədiyini bildirib.
Rusiyadan dron və raket hücumu
Rusiya isə mayın 18-nə keçən gecə Ukraynaya 524 dron və 22 raket
buraxıb. Məlumatı Ukrayna Hərbi Hava Qüvvələri yayıb.
Bildirildiyinə görə, hava hücumundan müdafiə qüvvələri 503 dronu və
dörd raketi vurub və ya zərərsizləşdirib. Hücumun əsas hədəfinin
Dnepr şəhəri və onun ətraf bölgəsi olduğu vurğulanır.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.