Mask Altmana uduzdu: 'OpenAI' iddiası rədd edildi
Şimali Kaliforniya Federal Dairə Məhkəməsinin andlılar heyəti milyarder İlon Maskın "OpenAI" rəhbərliyinə və şirkətin baş direktoru Sem Altmana qarşı iddiasını rədd edib.

Andlılar yekdilliklə qərara gəliblər ki, Mask iddianı qanunla müəyyən edilmiş müddət bitdikdən sonra qaldırıb. Hökm üç həftə davam edən gərgin məhkəmə prosesindən sonra çıxarılıb. Proses zamanı şirkətin daxili sənədləri araşdırılıb və tərəflərin ifadələri dinlənilib.
Hakim andlılar heyətinin qənaəti ilə razılaşaraq işi bağlamağa hazır olduğunu bildirib. Məlumatı CNN telekanalı yayıb.

Mask iddia edirdi ki, o, "OpenAI"ı qeyri-kommersiya tədqiqat layihəsi kimi dəstəkləmək üçün təxminən 38 milyon dollar vəsait yatırıb. Onun versiyasına görə, Altman və şirkətin prezidenti Qreq Brokman ilkin razılaşmaları pozaraq təşkilatı "Microsoft" ilə sıx əlaqəli kommersiya biznesinə çeviriblər.

Şikayət ərizəsində deyilirdi ki, "OpenAI" 2015-ci ildə pul qazanmaq üçün yox, sadəcə "bəşəriyyətin xeyrinə" süni intellekt yaratmaq məqsədilə qeyri-kommersiya təşkilatı kimi qurulub.

Mask Altmanın və Brokmanın şirkət rəhbərliyindən uzaqlaşdırılmasını, kommersiya bölməsinin fəaliyyətinin dayandırılmasını və təşkilatın yenidən qeyri-kommersiya statusuna qaytarılmasını tələb edirdi. O, dəymiş zərərin məbləğini 130-150 milyard dollar həcmində qiymətləndirirdi. Bu vəsaitin şəxsən özünə yox, "OpenAI Foundation"ın qeyri-kommersiya bölməsinə köçürülməsi istənilirdi.

2026-cı ilin aprelində Mask daha ağır ittihamların bir hissəsindən — dələduzluq və qəsdən yanlış məlumat vermə maddələrindən imtina etmişdi. Bununla da iddiada iki əsas məsələ qalmışdı: xeyriyyə etimadının pozulması və əsassız varlanma.

Altman və "OpenAI" rəhbərliyi isə ittihamları rədd ediblər. Şirkət bəyan edib ki, kommersiya modelinə keçid məsələsi hələ Maskın rəhbərlikdə olduğu dövrdə də müzakirə edilib. Bu addım ümumi təyinatlı süni intellektin (AGI) hazırlanmasındakı yüksək xərclər səbəbindən zərurətə çevrilib.

Altman məhkəmədə bildirib ki, Mask vaxtilə "OpenAI" üzərində tam nəzarəti ələ keçirməyə çalışıb və şirkət səhmlərinin 90 faizini tələb edib.


Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



Print Email
FaceBook Twitter Google