Si Trampa deyibmiş ki, Putin Ukraynanı işğal etdiyinə peşman ola bilər – FT
Çin lideri Si Cinpin ötən həftə Pekindəki görüşdə ABŞ prezidenti Donald Trampa deyib ki, Rusiya rəhbəri Vladimir Putin Ukrayna müharibəsinə görə sonda peşman ola bilər.
Bu barədə "The Financial Times" (FT) qəzeti ABŞ rəsmilərinin hesabatından xəbərdar olan mənbələrə istinadən məlumat yayıb.

Nəşr yazır ki, bu bəyanat S.Cinpinin Ukrayna müharibəsi ilə bağlı fikrinin dəyişdiyini göstərir.
Belə ki, Çin liderinin ABŞ-nin keçmiş prezidenti Co Baydenlə görüşlərində Putin və müharibə haqqında heç vaxt bu tonda danışmadığı bildirilir.

FT Vaşinqtonun Çindəki səfirliyindən şərh ala bilməyib. Ağ ev də məsələyə münasibət bildirməkdən imtina edib. Tramp administrasiyası bazar günü — mayın 17-də Pekin sammiti ilə bağlı rəsmi sənəd yayımlasa da, orada Putin və Ukrayna müharibəsinə dair müzakirələr yer almayıb.

Si-Tramp sammitindən dörd gün sonra — bu gün, mayın 19-da Putinin Çinə rəsmi səfəri gözlənilir. Rusiya lideri 2022-ci ilin fevralında Ukraynaya qarşı tammiqyaslı müharibəyə başlamazdan üç həftə əvvəl də Çinə səfər etmiş və S.Cinpinlə "limitsiz tərəfdaşlıq" bəyanatı imzalamışdı.

Kremlin rəsmi proqramına əsasən, Rusiya prezidenti iki gün ərzində Çin Xalq Respublikasının sədri S.Cinpin və Çin Dövlət Şurasının baş naziri Li Çyan ilə görüşəcək. Danışıqlarda "ikitərəfli münasibətlərin ən həssas məsələləri", beynəlxalq gündəm, eləcə də "Sibirin Gücü-2" qaz kəməri layihəsi müzakirə olunacaq.

Avropa İttifaqı, ABŞ və Ukrayna rəsmiləri Pekinin Putinə təzyiq mexanizmlərindən istifadə edərək Ukraynadakı müharibəni dayandıra biləcəyini dəfələrlə vurğulayıblar.

Ukrayna prezidenti Volodimir Zelenski Çinin Rusiya ordusunu silahla təmin etdiyi və bəzi silah növlərinin Rusiya ərazisində birgə istehsalına qoşula biləcəyi qənaətindədir.

ABŞ, Çin və Rusiya BCM-ə qarşı birləşir?
Mənbələrin məlumatına görə, D.Tramp sammitdə ABŞ, Çin və Rusiyanın Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı birgə fəaliyyət göstərməsini təklif edib və bu məsələdə hər üç ölkənin maraqlarının üst-üstə düşdüyünü vurğulayıb.

Tramp administrasiyası daha əvvəl də BCM-ə qarşı sərt mövqeyi ilə seçilib, onu siyasiləşməkdə və səlahiyyətlərindən sui-istifadədə ittiham edib. Vaşinqtondakı bəzi rəsmilər bu məhkəməni Amerikaya qarşı "hüquqi müharibə" aləti adlandırırlar.

Ağ ev Trampın BCM ilə bağlı fikirlərinə də münasibət bildirməyib.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



Print Email
FaceBook Twitter Google