Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun bəyanatına
görə, Türkiyə-Ermənistan sərhədi Ermənistan Respublikasında
konstitusiya dəyişiklikləri qəbul edildikdən sonra açılacaq.
İki ölkə arasındakı sərhəd ötən əsrin 90-cı illərindən bəri
bağlıdır.
Azərbaycanlı diplomatın sözlərinə görə, Bakı Türkiyə ilə Ermənistan
arasında münasibətlərin normallaşması prosesində iştirak edir.
Səfiri Məmmədov qeyd edib ki, Ermənistan-Türkiyə və
Ermənistan-Azərbaycan münaqişələrinin nizamlanması prosesləri
paralel şəkildə inkişaf edir.
“İyunun 7-dən [Ermənistanda keçiriləcək Parlament
seçkilərindən] sonra ermənilər referendum keçirəcək və
konstitusiyanı dəyişəcəklər”, — deyə səfir bildirib.
O əlavə edib ki, ərazi iddiaları aradan qaldırıldıqdan sonra,
ABŞ-ın təşəbbüsü ilə irəli sürülən Azərbaycan-Ermənistan sülh
müqaviləsi imzalanacaq və bununla da Ermənistan-Türkiyə sərhədi
açılacaq.
Xatırladaq ki, 2025-ci ilin dekabr ayının əvvəlində Amerikanın
“Bloomberg” nəşri öz mənbələrinə istinadən yazmışdı ki, Türkiyə
növbəti altı ay ərzində Ermənistanla quru sərhədinin açılması
imkanlarını nəzərdən keçirir. Eyni mənbələrin məlumatına görə,
Ankara yalnız Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi
rəsmən imzalandıqdan sonra Ermənistana səfir təyin etməyi və
münasibətləri bərpa etməyi planlaşdırır.
Azərbaycan tərəfi danışıqların ilkin şərti kimi Ermənistan
konstitusiyasından Müstəqillik Bəyannaməsinə olan istinadların
çıxarılmasını tələb edirdi. Bakı rəsmilərinin fikrincə, bu bənd
Azərbaycana qarşı “ərazi iddiaları” ehtiva edir. Ermənistan Baş
naziri Nikol Paşinyan isə öz növbəsində bu istinadların yer
almayacağı yeni konstitusiyanın qəbul ediləcəyini bəyan edib.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.