Qurcaani bələdiyyəsinin Çalaubani kəndi yaxınlığındakı ərazidə,
İori çayının yaxınlığında yerləşən fermada quduzluq hadisəsi qeydə
alınıb.
Hazırda sözügedən fermada 1000 baş xırdabuynuzlu, 17 baş
iribuynuzlu heyvan, həmçinin 2 at və 6 it saxlanılır.
Mövcud məlumatlara görə, cari ilin mayın 14-də aqressiv davranışı
ilə seçilən itlərdən biri 5 iti, 1 qoyunu və 1 baş iribuynuzlu
heyvanı dişləyib.
Heyvan bir neçə gündən sonra tələf olub, bundan
sonra patoloji material Kənd Təsərrüfatı Dövlət Laboratoriyasına
göndərilib. Laboratoriya araşdırmasının nəticəsinə əsasən (sınaq
protokolu №3668), itdə quduzluq diaqnozu təsdiqlənib.
Aparılan araşdırma zamanı məlum olub ki, qeyd olunan heyvanlar
quduzluğa qarşı peyvənd olunmayıb. Qüvvədə olan qanunvericiliyə
uyğun olaraq, yoluxma şübhəsi olan peyvənd olunmamış heyvanlar
dərhal immunizasiya ediləcək və sahibinin məsuliyyəti altında 6
aylıq nəzarət müddəti müəyyən olunacaq.
Yoluxma ocağı və təhlükə potensialı daşıyan ərazidə artıq karantin
elan edilib. Milli Qida Agentliyi quduzluğun ləğv edilməsi
istiqamətində tədbirlərə başlayıb. Bu tədbirlərə xəstəliyə yoluxma
riski olan heyvanların məcburi peyvəndlənməsi, dezinfeksiya işləri,
heyvanların yerdəyişməsinə məhdudiyyətlərin qoyulması və onların
sağlamlıq vəziyyətinə ciddi nəzarət edilməsi daxildir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.