Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Antiterror
Mərkəzi və Xüsusi Əməliyyatlar Departamenti Pankisi dərəsindəki
Omalo,
Birkiani və Coqolo kəndlərində keçirilən xüsusi əməliyyat
nəticəsində Gürcüstanın üç vətəndaşını saxlayıb. Onlar xarici
ölkənin terror təşkilatına üzv olmaqda və terror fəaliyyətinə
yardım etməkdə ittiham olunurlar.
İstintaqın versiyasına görə, saxlanılan şəxslər "İslam Dövləti"
(İŞİD) terror təşkilatının sıralarında birləşiblər və tapşırıqları
xaricdən alıblar. Qurumun yaydığı
məlumata görə, həmin şəxslər
Pankisi dərəsində terror təşkilatını dəstəkləyən qondarma "camaat"
yaratmağa, bura yeni üzvlər cəlb etməyə, gizli görüşlər təşkil
etməyə və terror ideologiyasının təbliğatını aparmağa cəhd
göstəriblər.
İş üzrə məhkəmənin qərarı əsasında gizli istintaq və
əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Baxış (axtarış)
zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə odlu silah,
partlayıcı maddə, döyüş sursatı, mobil telefonlar, kompüter
texnikası, "İslam Dövləti" terror təşkilatının bayrağı, onların
rəmzlərini əks etdirən əşyalar və şəxsi sənədlər aşkar edərək
götürüblər.
İstintaq Gürcüstan Cinayət Məcləsinin 328-ci (Xarici ölkənin terror
təşkilatında birləşmək və ya terror fəaliyyətində ona yardım etmək)
və 236-cı (Odlu silah, döyüş sursatı və ya partlayıcı qurğuların
qanunsuz olaraq əldə edilməsi, saxlanılması, gəzdirilməsi)
maddələri ilə aparılır. Sözügedən cinayət əməli növü cəza olaraq 10
ildən 17 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.
DTX-nin bəyanatına görə, cinayətdə əli olan digər şəxslərin müəyyən
edilməsi məqsədilə iş üzrə istintaq hərəkətləri davam
etdirilir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.