“Gürcü Arzusu” hökumətinin başçısı İrakli Kobaxidze bəyan edir
ki, Gürcüstan hökuməti Gürcüstan Pravoslav Kilsəsi və
Katolikos-Patriarx Şio III ilə birlikdə abortlarla bağlı
qanunvericiliyin mümkün sərtləşdirilməsini müzakirə etməyə
hazırdır.
Mayın 19-da Hökumət Administrasiyasında keçirilən brifinqdə
jurnalistin sualını cavablandıran İrakli Kobaxidze bildirib:
“Qanunvericiliyə gəldikdə isə, biz əlbəttə ki, kilsə
ilə, patriarxla, din xadimləri ilə birlikdə qanunvericilikdə mümkün
dəyişiklikləri müzakirə etməyə hazırıq.”
“Əgər əlavə olaraq bu tendensiyanın yaxşılaşmasına
kömək edə biləcək hər hansı dəyişiklik mümkündürsə, biz buna,
əlbəttə, hazırıq”, – deyə baş nazir bildirib.
Bundan əvvəl o bəyan edib ki, 2012-ci illə müqayisədə abortların
sayı 30% azalıb və bunu Pravoslav Kilsəsinin moizələri ilə
əlaqələndirib.
2026-cı il mayın 17-də, Sameba (Müqəddəs Üçlük) kilsəsinin
həyətində Gürcüstanın 142-ci patriarxı, yeni taxta çıxmış Şio III
bildirib:
“Əgər ailədə ağır günah hökm sürürsə, məsələn, abort
kimi bir günah varsa, o zaman... belə ailə məhvə
məhkumdur.”
“Gürcü Arzusu”nun deputatları bildiriblər ki, patriarxın bu mesajı
hələlik abort haqqında qanunun qanunvericilik səviyyəsində
dəyişdirilməsi demək deyil.
İrakli Kobaxidze deyib ki, bu, patriarxın abortla bağlı ilk moizəsi
deyil və bu moizələrin “cəmiyyətimiz üçün, təbii ki, çox böyük
əhəmiyyəti var”.
2016-cı ildən etibarən ölkədə abortların sayı ildən-ilə azalır.
Tədqiqatçılar və həkimlər Azadlıq Radiosuna bildirirlər ki, doğum
səviyyəsinin artırılması və demoqrafik vəziyyətin yaxşılaşdırılması
üçün əsas yol abortun qadağan edilməsi deyil. Əksinə, bunun özü ilə
müxtəlif çətinliklər, o cümlədən qadın ölüm hallarının artması kimi
risklər gətirdiyini vurğulayırlar.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.