Hələ Sovet İttifaqı dövründə Tbilisi ilə qardaşlaşmış
Almaniyanın Saarbrükken şəhəri Gürcüstanın paytaxtı ilə dostluq
münasibətlərinə son qoyur.
Saarbrükkenin meri Uve Konradtın sözlərinə görə, bu qərar
Gürcüstandakı mövcud siyasi vəziyyət səbəbindən qəbul edilib. O,
eyni zamanda vurğulayıb ki, “vətəndaş cəmiyyəti arasında qarşılıqlı
əlaqələrin təşviqini dayandırmayacaq”.
Tbilisi meri Alman şəhərinin bu siyasi qərarına alman xalqına
ünvanladığı başsağlığı məktubu
ilə cavab verib və “alman
bürokratiyasını” “deep state”ə itaətkar olmaqda təsvir edib.
Saarbrükken Tbilisi ilə dostluq münasibətlərini kəsən ikinci Avropa
şəhəridir.
Tbilisi ilə dostluq münasibətlərini ilk olaraq Fransanın Nant
şəhəri 2025-ci ilin iyun ayında dayandırmışdı. Nantın qərarında da
səbəblər arasında siyasi vəziyyət göstərilmişdi. Ayrı olaraq
etirazçılara qarşı zorakılıq və meriyada fərqli siyasi baxışlara
malik əməkdaşların işdən çıxarılması qeyd edilmişdi.
1975-ci ildə Tbilisi ilə qardaşlaşmış Alman şəhərinin Gürcüstanın
paytaxtı ilə dostluğu dayandıracağı barədə məlumatlar Alman
mediasında mayın 18-də yayılıb. Yerli Zaarbrucken Zeitung nəşrinin
məlumatına görə, şəhər şurası dostluğun dayandırılması məsələsini
cümə axşamı, mayın 21-də müzakirə edəcək.
Saarbrükkenin bu qərarı Almaniya hökumətinin Gürcüstan hakimiyyəti
ilə əməkdaşlığı və layihələri azaltması fonunda verilib. Buna səbəb
Gürcüstanda anti-Qərb ritorikasının güclənməsi, demokratiyada
kəskin geriləmə və Avrointeqrasiya prosesinin dayandırılması
göstərilir.
“Gürcüstan əhalisinin təxminən üçdə birinin yaşadığı
Tbilisinin meri yalnız paytaxt hökumətinin rəhbəri deyil, həm də
‘Gürcü Arzusu’ partiyasının baş katibidir. Bu isə o deməkdir ki, o,
Gürcüstanda insan hüquqlarının pozulmasına görə məsuliyyəti
dəstəkləyir və bölüşür”, – yerli nəşr Saarbrükken
şəhər rəhbərliyinin Tbilisi ilə əlaqələri kəsmə qərarını bu mövqe
ilə izah edir.
Azadlıq Radiosu Tbilisi meriyasının mətbuat xidmətindən soruşub ki,
Kaxa Kaladzenin “Facebook”da yayımladığı “başsağlığı məktubu”
meriyanın rəsmi mövqeyi hesab edilməlidirmi, yoxsa Alman şəhəri ilə
dostluğun sona çatması ilə bağlı ayrıca institusional cavab
olacaqmı. Mətbuat xidməti bildirib ki, Kaladzenin paylaşımını
rəhbər tutmaq lazımdır.
“Təəssüf ki, ‘deep state’ə itaət edən Alman
bürokratiyasının qərarları səbəbindən hətta tarixi dostluq da
siyasi spekulyasiya predmetinə çevrilir”, – Kaladze
alman xalqına ünvanladığı “başsağlığı məktubu”nda yazır.
Həmin məktubda o, Almaniyanı “bataqlığa batmış” və “ən böyük
çağırışlarla üz-üzə qalmış” bir dövlət kimi təsvir edir; ölkənin
“sosial gərginlik və dəyər böhranı”, “cinayətkarlığın fəlakətli
dərəcədə artması” və “demoqrafik problemlər” yaşadığını bildirir.
Kaladze hesab edir ki, belə bir vəziyyətdə alman bürokratlarının
Gürcüstanla maraqlanması qəribə görünür.
Kaladze bu məktubda Danimarkanın paytaxtı Kopenhagendə etirazçılara
qarşı dövlət zorakılığını da xatırladır. Bu mövzu “Gürcü Arzusu”
liderlərinin ritorikasında ilk dəfə məhz bu gün, mayın 19-da ortaya
çıxıb.
İrakli Kobaxidze Hökumət Administrasiyasında keçirilən brifinqdə
bildirib ki, hökumət adından Avropa strukturlarına suallarla
müraciət edib. Kobaxidzenin sözlərinə görə, həmin məktubda
Kopenhagendə “polis tərəfindən etirazçılara qarşı zorakılıq” da
pislənib.
Şəhərlər arasındakı dostluq nədən ibarət idi?
Hazırda Tbilisinin müxtəlif ölkələrdən 10-dan çox qardaşlaşmış
şəhəri var və onların arasında ilk dost məhz Saarbrükken olub. Bu
dostluğun simvolu olaraq Tbilisinin mərkəzində, “Quru körpü”
yaxınlığındakı meydana Saarbrükkenin adı verilib.
1975-ci ildə Tbilisi ilə Saarbrükken arasında tərəfdaşlığın
qurulması tarixi və unikal hadisə idi. Çünki bu, Qərbi Almaniya
şəhəri ilə Sovet İttifaqı şəhəri arasında bağlanan ilk rəsmi
dostluq müqaviləsi idi.
Almaniya səfirliyinin məlumatına görə, Gürcüstan yenidən
müstəqillik qazandıqdan sonra, 2024-cü ilə qədər hər iki şəhərin
nümayəndə heyətləri mütəmadi olaraq bir-birini ziyarət edib,
sənətçilər qarşılıqlı şəkildə göndərilib, həmçinin bələdiyyələr və
vətəndaş cəmiyyəti təşkilatları arasında intensiv təcrübə
mübadiləsi aparılıb.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.