Hər 100 min nəfərə düşən məhbus sayına görə Gürcüstan Avropa
Şurasının hazırladığı reytinqdə ön sıralarda yer alıb və Türkiyə,
Azərbaycan və Moldovadan sonra 4-cü yeri tutur.
Mayın 19-da Avropa Şurası “Avropada həbsxanalar və məhbuslar
haqqında araşdırma 2025” adlı hesabatı yayımlayıb. Hesabat 31
yanvar 2025-ci il tarixinə olan vəziyyəti əks etdirir və 2024-cü il
ərzindəki statistik
məlumatları əhatə edir.
Sənəddə qeyd olunur ki, ötən il Avropa Şurasına üzv ölkələrdə
məhbusların orta səviyyəsi hər 100 min nəfərə 127 nəfər olaraq
qalıb, lakin ölkələr və regionlar arasında ciddi fərqlər
mövcuddur.
Məhbusların sayına görə Şərqi Avropa Avropa Şurası ölkələri
arasında liderlik edir. Azadlıqdan məhrumetmə cəzalarının ən yüksək
tətbiq olunduğu ilk dördlükdə Gürcüstan da yer alıb — hər 100 min
nəfərə 232 məhbusla, Türkiyədən (458), Azərbaycandan (271) və
Moldovadan (245) sonra. Hesabatda bu göstəricinin “daha çox həbs
yönümlü cəza mədəniyyətini əks etdirdiyi” bildirilir.
Yaş göstəricilərinə görə, Gürcüstanda məhbusların orta yaşı 39-dur
və bu göstərici ilə ölkə reytinqdə 18-ci yerdədir. Bu kateqoriyada
Portuqaliya liderdir (42 yaş).
Gürcüstan qadın məhbusların faiz nisbətinin “aşağı” olduğu ölkələr
qrupuna daxil edilib.
50 yaşdan yuxarı məhbusların faiz göstəricisinə görə isə Gürcüstan
“yüksək göstəricili” ölkələr sırasında yer alıb.
Bir həbsxana əməkdaşına düşən məhbus sayına görə Gürcüstan “çox
yüksək” qiymətləndirilən ölkələr qrupundadır.
Məhbus sayının aşağı olduğu ölkələr əsasən Qərbi və Şimali Avropa
dövlətləridir. Bir neçə ölkə — Norveç (54), Niderland (55),
Finlandiya (58), Almaniya (69), Danimarka (70) və İsveçrə (77) —
qanunvericilik və siyasi modellərinin fərqli olmasına baxmayaraq,
uzun müddətdir aşağı məhbus sayını qoruyub saxlayırlar.
Hesabatda həmçinin vurğulanır ki, əgər müəyyən zaman ərzində
həbsxanalardan keçən insanların ümumi axını ayrıca araşdırılmırsa,
məhbusların nisbətən az olması tam mənzərəni əks etdirmir.
Ümumilikdə, yaşlı məhbusların və xarici ölkə vətəndaşı olan
məhbusların sayı artır.
Hesabat müəllifləri bunu “Avropanın miqrasiya paradoksu”
adlandırırlar. Onların fikrincə, Avropa inteqrasiyası ilə müşayiət
olunan sərbəst hərəkət azadlığı iqtisadi artımı və mədəni
mübadiləni təşviq etsə də, eyni zamanda cəzaçəkmə sistemləri üçün
struktur problemlər yaradır.
Xüsusilə Qərbi Avropa ölkələrində, hansı ki həm xarici vətəndaşlar
üçün təyinat ölkəsi, həm də tranzit məkanı hesab olunur,
penitensiar sistemlər yüksək insan hərəkətliliyi ilə bağlı əlavə
çətinliklərlə üzləşirlər.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.