Gürcüstanda məscidlərin təmiri və tikintisi üçün “Məscidlər Fondu” yaradılıb
Gürcüstanda fəaliyyət göstərən məscidlərin dəstəklənməsi məqsədi ilə “Məscidlər Fondu” yaradılıb. Fondun əsas məqsədi ölkə üzrə mövcud məscidlərin təmiri və yeni məscidlərin tikintisinə dəstək verməkdir. Bu barədə məlumatı bu gün, 20 may tarixində Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsində keçirilən mətbuat konfransında qurumun sədri Şeyx Mirtağı Əsədov tərəfindən açıqlama verdi.

Şeyx Mirtağı Əsədov bildirdi ki, bu təşəbbüs
yalnız yeni bir layihənin təqdimatı deyil, həm də Gürcüstanda yaşayan müsəlman icmasının dini və mənəvi həyatının gələcəyi ilə bağlı mühüm bir addımın başlanğıcıdır. Onun sözlərinə görə, fondun yaradılması ölkədə məscidlərin mövcud vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək.

“Hamımıza məlumdur ki, məscid yalnız ibadət edilən bir bina deyil. Məscid iman məkanıdır, birlik məkanıdır, mənəviyyatın qorunduğu və gələcək nəsillərə ötürüldüyü müqəddəs bir ocaqdır. Tarix boyu məscidlər müsəlman cəmiyyətinin həm dini, həm də sosial həyatının mərkəzində dayanmışdır.
Bu gün Gürcüstanda yaşayan müsəlmanlar bu ölkənin ayrılmaz bir hissəsidir. Biz bu torpaqlarda əsrlər boyu sülh, qarşılıqlı hörmət və birgəyaşayış ənənəsi ilə yaşamışıq. Gürcüstanın çoxmədəniyyətli və çoxdinli cəmiyyətində müsəlman icması öz dini kimliyini qorumaqla yanaşı, ölkənin sabitliyinə və inkişafına da töhfə vermişdir.
Lakin eyni zamanda reallıq da var. Apardığımız müşahidələr və həyata keçirdiyimiz monitorinqlər göstərir ki, ölkənin bəzi şəhər və kəndlərində müsəlmanların ibadət edə biləcəyi məscidlər ya yoxdur, ya da mövcud məscidlər uzun illərin istifadəsi nəticəsində ciddi təmir və bərpaya ehtiyac duyur. Məhz buna görə də biz Məscidlər Fondunun yaradılması təşəbbüsünü irəli sürürük.”


İdarə sədri vurğuladı ki, aparılan müşahidələr göstərir ki, bəzi şəhər və kəndlərdə ya ümumiyyətlə məscid yoxdur, ya da mövcud məscidlər uzun illərin istifadəsi nəticəsində ciddi təmirə ehtiyac duyur. Bu səbəbdən “Məscidlər Fondu”nun yaradılması zəruri hesab edilib.

“Bu fondun əsas məqsədi Gürcüstanda mövcud olan məscidlərin vəziyyətini sistemli şəkildə öyrənmək, müsəlman icmasının real ehtiyaclarını müəyyən etmək və bu ehtiyacların mərhələli şəkildə aradan qaldırılmasına dəstək verməkdir.
Biz istəyirik ki, məscid olmayan şəhər, kənd və yaşayış məntəqələrində yeni məscidlər və hüseyniyyələr tikilsin və ya əldə olunsun. Biz istəyirik ki, illər boyu ibadət edilən, lakin bu gün təmirə ehtiyac duyan məscidlər bərpa olunsun və yenidən öz layiqli vəziyyətinə qayıtsın.
Eyni zamanda gələcəkdə ehtiyac yarandığı halda dini maarifləndirmə və dini təhsil sahəsinə də diqqət yetirilməsi planlaşdırılır. Bu çərçivədə mədrəsələrin bərpası və ya yaradılması məsələsi də gələcək fəaliyyət istiqamətlərindən biri ola bilər.”


Şeyx Mirtağı Əsədov qeyd etdi ki, bu təşəbbüs yuxarıdan aşağıya diktə olunan layihə deyil, əksinə, icmanın ehtiyaclarından doğan və ictimai dəstəklə həyata keçiriləcək bir prosesdir. Fond nümayəndələrinin müxtəlif bölgələrə səfərləri, yerli icmalarla görüşlər və ehtiyacların müəyyənləşdirilməsi planlaşdırılır. Daha sonra bu ehtiyacların aradan qaldırılması üçün mərhələli addımlar atılacaq.

“Fondun nümayəndələri müxtəlif bölgələrə səfər edəcək, yerli icmalarla görüşlər keçiriləcək, məscidə ehtiyacı olan məntəqələr müəyyən ediləcək və bu ehtiyacların aradan qaldırılması üçün mərhələli addımlar atılacaqdır. Məscidlər Fondunun maliyyə əsasını isə ilk növbədə yerli müsəlman icmasının maddi və mənəvi dəstəyi təşkil edəcəkdir. Yəni bu təşəbbüs cəmiyyətin öz daxilindən gələn həmrəylik və məsuliyyət hissi ilə formalaşacaq.
Biz inanırıq ki, bu təşəbbüs yalnız məscid tikmək və ya təmir etmək layihəsi deyil. Bu təşəbbüs əslində cəmiyyətin birliyini, mənəviyyatını və gələcəyini gücləndirmək təşəbbüsüdür. Məscidlər Fondunun fəaliyyəti Gürcüstanda yaşayan müsəlman icmasının daha təşkilatlanmış, daha güclü və daha məsuliyyətli şəkildə inkişafına töhfə verəcəkdir.”


Əsədov onu da qeyd etdi ki, təşəbbüs təkcə tikinti və təmir layihəsi deyil, həm də cəmiyyətin birliyinin, mənəviyyatının və gələcəyinin gücləndirilməsinə yönəlib. Fondun fəaliyyəti Gürcüstanda müsəlman icmasının daha təşkilatlanmış və güclü inkişafına töhfə verəcək, həmçinin çoxmədəniyyətli cəmiyyətdə qarşılıqlı hörmət və sabitliyin möhkəmlənməsinə xidmət edəcək.

“Biz inanırıq ki, bir cəmiyyətin gücü yalnız iqtisadi və siyasi imkanlarla ölçülmür. Cəmiyyətin həqiqi gücü onun mənəviyyatında, birliyində və ortaq məsuliyyət hissindədir. Bu gün başladığımız təşəbbüs məhz bu dəyərlərə xidmət edir.
Ümid edirik ki, Məscidlər Fondu gələcəkdə Gürcüstanda yaşayan müsəlmanların dini və mənəvi həyatına töhfə verən, həmrəyliyi gücləndirən və gələcək nəsillərə xidmət edən mühüm bir platformaya çevriləcəkdir. Allahdan diləyimiz budur ki, bu təşəbbüs xeyirli və bərəkətli olsun, cəmiyyətimizə birlik, sabitlik və mənəvi güc gətirsin.”


Əsədov sonda onu da qeyd etdi ki, Gürcüstanda məscidlərin tikintisi və ya təmiri zamanı süni maneələr yaranır. Onların aradan qaldırılması üçün qanuni yollarla həll istiqamətində addımlar atılacaq. Gələcəkdə bu cür problemlərin olmaması üçün tədbirlər görüləcək.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google