FIFA-nın 2026-cı il Dünya Kubokunda azarkeşlərin İranın inqilabdan
əvvəlki bayrağını stadionlarda qaldırmasını yenidən qadağan edəcəyi
bildirilir.
Bu qərar dörd il öncəki çempionatda yaranmış mübahisələri yenidən
gündəmə gətirib, İran diasporu ilə müxalifət təmsilçilərinin
etirazına səbəb olub.
Qadağa haqda mayın 19-da “The Athletic” nəşri məlumat yayıb. FIFA
stadionda davranış qaydalarına istinadla bildirib ki, “siyasi,
təhqiredici və ya ayrı-seçkilik xarakterli
bannerlər, bayraqlar,
geyimlər və digər atributlar” stadionlara buraxılmır. Qətərdə bu
qayda ardıcıl tətbiq olunmamışdı. Amma bu il qadağanın ümumi
siyasət kimi tətbiq ediləcəyi gözlənilir.
“İran xalqının əsl bayrağı bu deyil”
Məlumata
görə, İran Futbol Federasiyası komandanın turnirdə iştirakı ilə
bağlı FIFA-ya bir sıra tələblər təqdim edib. Bunlar arasında “İran
bayrağına hörmət” də yer alıb. FIFA İran futbol rəsmiləri ilə son
danışıqları “əla” və “konstruktiv” adlandırıb.
İranda doğulmuş belçikalı deputat Dərya Səfai uzun illərdir iranlı
qadınların stadionlara giriş hüququ uğrunda kampaniya aparır. O,
AzadlıqRadiosunun Radio Fərda xidmətinə bildirib ki, qadağa
diaspora azarkeşlərinin qarşısını ala bilməyəcək
“İsrar etsəniz, yerinizdə oturub onu qaldırsanız, heç
nə edə bilməzlər. Həmişə demişəm: Mənim əsl bayrağım budur, bu
mənim yerimdir və burada oturacağam”.
Safai İran İslam Respublikasının rəsmi bayrağını sovet simvolları
ilə müqayisə edir:
“İslam Respublikasının bayrağı
ideoloji bayraqdır, kommunizmin oraq-çəkic simvoluna bənzəyir. İran
xalqının əsl bayrağı bu deyil”.
Şir və günəşin tarixçəsi
Mübahisə yaradan
bayraqda onilliklər boyu İranın üçrəngli bayrağında istifadə
olunmuş şir və günəş emblemi yer alır. Şir və günəş motivinin
kökləri 12-ci əsrdə fars heraldikasına gedib çıxır, müasir
monarxiyadan da qədimdir. Bu simvol 1906-1907-ci illərin
Konstitusiya İnqilabından sonra İranın rəsmi dövlət embleminə
çevrilmişdi.
1980-ci ildə yenicə qurulmuş İslam Respublikası həmin simvolu yeni
emblem ilə əvəzlədi. Bu isə və hər iki nişanı güclü siyasi
simvollara çevrildi.
İslam Respublikasının emblemi isə laləni, qılıncı və ərəb qrafikası
ilə yazılmış “Allah” sözünü xatırladan kompozisiyadan ibarətdir.
Bayrağın kənarlarında “Allahu Əkbər” ifadəsi 22 dəfə təkrarlanır,
bu rəqəm İran təqvimində inqilab tarixini göstərir.
Əsrlər boyu fars milli kimliyini təmsil etmiş simvolu ən çox
monarxiya tərəfdarları istifadə edib. Amma müxalifətin müxtəlif
qanadları da onu İslam Respublikasına qarşı müqavimətin ümumi
simvolu kimi qaldırıblar.
İran Dünya Kubokunda G qrupunda Yeni Zelandiya, Belçika və Misirlə
qarşılaşacaq. Turnir iyunun 11-də başlayır.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.