ABŞ prezidenti Donald Tramp bildirib ki, İranla danışıqlar yekun
mərhələyə yaxınlaşır, ancaq Tehran razılığa gəlməsə, hərbi addımlar
bərpa oluna bilər.
“İran məsələsində son mərhələdəyik. Görək nə olacaq. Ya razılaşma
olacaq, ya da bəzi bir az xoşagəlməz addımlar atacağıq. Amma ümid
edirəm ki, buna ehtiyac qalmayacaq”, – Tramp mayın 20-də
jurnalistlərə deyib.
Trampın altı həftə əvvəl atəşkəs elan olunanda “Epik Qəzəb”
əməliyyatını dayandırmışdı. O vaxtdan bəri müharibənin
dayandırılması ilə bağlı danışıqlarda ciddi irəliləyiş əldə
olunmayıb.
Tramp bildirib ki, bu həftə zərbələrin bərpasına çox yaxın olub,
lakin diplomatiyaya daha çox vaxt vermək üçün bundan imtina edib.
O, mayın 19-da deyib ki, Körfəz ölkələrinin müraciətindən sonra
planlaşdırılan hücumlara cəmi bir saat qalmış onları
dayandırıb.
“Buna şans verəcəyik. Mən tələsmirəm. İdealda az
insanın ölməsini istəyərdim, çox yox. Bunu hər iki yolla edə
bilərik”, – Tramp söyləyb.
Qalibaf:
“Düşmən hərbi məqsədlərindən əl
çəkməyib”
İran isə Trampın danışıqlarla bağlı dediklərini rədd edib.
İran parlamentinin sədri və Tehranın danışıqlarda baş təmsilçisi
Məhəmməd Baqir Qalibaf sosial şəbəkələrdə yayımlanan audio
müraciətində bildirib ki, “düşmənin açıq və gizli addımları”
ABŞ-nin yeni zərbələrə hazırlaşdığını göstərir.
“Düşmənin açıq və gizli hərəkətləri göstərir ki, düşmən
iqtisadi və siyasi təzyiqlərlə paralel şəkildə hərbi məqsədlərindən
əl çəkməyib, yeni müharibə mərhələsi, yeni avantüralar
axtarır”, – müraciətdə deyilir.
Ötən ay İslamabadda danışıqlarda Tehran nümayəndə heyətinə
rəhbərlik etmiş Qalibaf bildirib ki, İran ordusu
atəşkəs dövründə
“hərbi gücünü bərpa etmək üçün maksimum səylər göstərib”, hücumlar
yenidən başlasa, “düşməni təəccübləndirəcək və İrana yenidən hücum
etdiyinə görə mütləq peşman olacaq”.
O, “düşməni yanlış hesablamalardan qurtarmaq, İranı təslim olmağa
məcbur etmək cəhdlərini puça çıxsarmaq üçün iqtisadi dayanıqlığı
artırmağa” çağırıb. Qalibafın sözlərinə görə, beləliklə, düşmən
danışıqlarda İran xalqının qanuni tələblərini qəbul etməyə məcbur
olacaq”.
Bundan əlavə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH)
xəbərdarlıq edib ki, İrana hücumların yenidən başlamasına Yaxın
Şərqdən kənara çıxmaqla cavab veriləcək.
İran bu həftə Vaşinqtona yeni təklif göndərib. Tehrandan verilən
açıqlamalara görə, Trampın daha əvvəl rədd etdiyi şərtlər
təkrarlanıb. Bunlara İranın Hörmüz boğazına nəzarət tələbi,
müharibənin vurduğu ziyana görə kompensasiya, sanksiyaların aradan
qaldırılması, dondurulmuş aktivlərin azad edilməsi və ABŞ hərbi
qüvvələrinin regiondan çıxarılması daxildir.
Pakistanın daxili işlər naziri dörd gündən sonra Tehrana
qayıdıb
Pakistanın daxili işlər naziri Möhsin Nəqvi
mayın 20-də Tehrana səfər edib. Nəqvi cəmi dörd gün əvvəl, mayın
16-da da Tehrana gedərək yüksəkvəzifəli İran rəsmiləri ilə
görüşmüşdü.
Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai İran dövlət
televiziyasına deyib ki, tərəflər arasında mesaj mübadiləsi “İranın
14 maddəlik mətninə əsasən” davam edir. O, Tehranın əsas
tələblərinin “Livan daxil olmaqla bütün cəbhələrdə” müharibənin
dayandırılması, İranın dondurulmuş aktivlərinin azad edilməsi və
İran gəmiçiliyinə qarşı “pozucu tədbirlərin” dayandırılması
olduğunu deyib.
“SEPAH”a bağlı “Tasnim” xəbər agentliyi İranın danışıqlar qrupuna
yaxın mənbəyə istinadla bildirib ki, ABŞ üç gün əvvəl İranın 14
maddəlik təklifini aldıqdan sonra Pakistan vasitəsilə Tehrana öz
mətnini göndərib.
Mənbənin sözlərinə görə, İran hazırda həmin mətni nəzərdən keçirir
və hələlik, cavab verməyib.
İslamabad indiyədək keçirilmiş yeganə rəsmi sülh danışıqlarına ev
sahibliyi edib və tərəflər arasında əsas vasitəçi rolunu
oynayıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.