'Müharibə regiondan kənara yayılacaq' – SEPAH-dan xəbərdarlıq
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) xəbərdarlıq edib ki, ABŞ-nin İrana qarşı hərbi əməliyyatları yenidən başlasa, müharibə region hüdudlarından kənara yayılacaq.

Bu hədədolu bəyanatdan az öncə ABŞ prezidenti Donald Tramp İrana qarşı yeni zərbələr endirmək ehtimalını ciddi şəkildə nəzərdən keçirdiyini bəyan edib. Tramp mayın 19-da bildirib ki, hücumlar "cümə, şənbə, bazar və ya gələn həftənin əvvəlində"
reallaşa bilər.

Aprelin 8-də atəşkəs elan olunana qədər rəsmi Tehran ABŞ və İsrailin hava zərbələrinə cavab olaraq İsraillə yanaşı, Fars körfəzi ölkələri olan BƏƏ, Səudiyyə Ərəbistanı və İraqdakı hədəflərə intensiv dron və raket hücumları təşkil etmişdi.

SEPAH-ın bəyanatında vurğulanır: "İrana qarşı təcavüz təkrarlanarsa, vəd edilən regional müharibə bu dəfə region hüdudlarından kənara daşacaq. Təsəvvür belə edə bilməyəcəyiniz nöqtələrdə endiriləcək dağıdıcı zərbələr sizi külə çevirəcək".

Rəsmi sənəddə münaqişənin coğrafi baxımdan hara qədər genişlənə biləcəyi dəqiq göstərilməyib. Amma müharibənin ilk dövrlərində İranın himayə etdiyi husi qüvvələrinin Bab əl-Məndəb boğazından keçən gəmiləri hədəf alması və bunun qlobal ticarətə ciddi ziyan vurması geniş müzakirə olunurdu.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google