İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) xəbərdarlıq edib ki,
ABŞ-nin İrana qarşı hərbi əməliyyatları yenidən başlasa,
müharibə region hüdudlarından kənara yayılacaq.
Bu hədədolu bəyanatdan az öncə ABŞ prezidenti Donald Tramp İrana
qarşı yeni zərbələr endirmək ehtimalını ciddi şəkildə nəzərdən
keçirdiyini bəyan edib. Tramp mayın 19-da bildirib ki, hücumlar
"cümə, şənbə, bazar və ya gələn həftənin əvvəlində"
reallaşa
bilər.
Aprelin 8-də atəşkəs elan olunana qədər rəsmi Tehran ABŞ və
İsrailin hava zərbələrinə cavab olaraq İsraillə yanaşı, Fars
körfəzi ölkələri olan BƏƏ, Səudiyyə Ərəbistanı və İraqdakı
hədəflərə intensiv dron və raket hücumları təşkil etmişdi.
SEPAH-ın bəyanatında vurğulanır:
"İrana qarşı təcavüz
təkrarlanarsa, vəd edilən regional müharibə bu dəfə region
hüdudlarından kənara daşacaq. Təsəvvür belə edə bilməyəcəyiniz
nöqtələrdə endiriləcək dağıdıcı zərbələr sizi külə
çevirəcək".
Rəsmi sənəddə münaqişənin coğrafi baxımdan hara qədər genişlənə
biləcəyi dəqiq göstərilməyib. Amma müharibənin ilk dövrlərində
İranın himayə etdiyi husi qüvvələrinin Bab əl-Məndəb boğazından
keçən gəmiləri hədəf alması və bunun qlobal ticarətə ciddi ziyan
vurması geniş müzakirə olunurdu.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.