Daxili İşlər Nazirliyinin İmereti Polis Departamentinin Kutaisi
Şəhər İdarəsinin əməkdaşları tərəfindən qəsdən adam öldürməyə cəhd
ittihamı ilə keçmişdə məhkum olunmuş şəxs isti izlərlə
saxlanılıb.
İstintaqın versiyasına görə, təqsirləndirilən şəxs Kutaisidə
aralarında yaranmış mübahisə zəminində soyuq silahdan istifadə
edərək bir kişinin döş qəfəsi nahiyəsinə xəsarət yetirib və hadisə
yerindən qaçıb. Yaralı vətəndaş tibbi yardım göstərilməsi məqsədilə
dərhal klinikaya
yerləşdirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata
keçirilmiş istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə
şübhəli bilinən şəxs polis tərəfindən qısa müddətdə yaxalanıb. Qeyd
etmək lazımdır ki, konstitusiya ilə təmin edilən təqsirsizlik
prezumpfiyasına əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş ittiham
hökmü ilə şəxsin təqsirliliyi sübuta yetirilməyincə, o, təqsirsiz
sayılır.
Hazırda faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam
öldürməyə cəhdi nəzərdə tutan 19-108-ci maddəsi ilə istintaq
aparılır. Sözügedən maddə cəza növü kimi 15 ilədək müddətə
azadlıqdan məhrumetməni nəzərdə tutur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.