Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf
Mühitə Nəzarət Departamentinin
Acarıstan və Quriya regional idarəsinin əməkdaşları Çoxatauri
bələdiyyəsinin Zomleti kəndində qanun pozuntusu aşkar ediblər.
Qurumun məlumatına görə, vətəndaş öz həyətyanı sahəsində qanunsuz
olaraq lent və dairəvi tipli mişar avadanlıqları quraşdırıb.
Hadisə yerində aparılan tədbirlər nəticəsində ərazidən müxtəlif növ
15 ədəd qanunsuz əldə olunmuş dairəvi
ağac (log) və təxminən 1
kubmetr ilkin emal məhsulu — taxta materialı müsadirə olunub.
Departamentin açıqlamasına görə, fakt cinayət əlamətləri daşıyır və
materiallar sonrakı araşdırma üçün müvafiq quruma göndərilib.
Məlumata əsasən, cari il ərzində Acarıstan və Quriya regional
idarəsinin əməkdaşları fəaliyyət zonasında 10 qanunsuz mişar sexi
aşkar ediblər.
Ətraf Mühitə Nəzarət Departamenti bildirir ki, təbii resursların
qorunması və ekoloji qanun pozuntularının qarşısının alınması əsas
prioritetlərdəndir. Qurum ölkə üzrə fasiləsiz və sərt nəzarət
həyata keçirir, o cümlədən qeyri-qanuni mişar sexlərinin
aşkarlanması və azaldılması istiqamətində.
Departamentin məlumatına görə, “153” qaynar xəttinə daxil olan hər
bir müraciət üzrə dərhal reaksiya verilir və sərtləşdirilmiş
qanunvericilik nəticəsində son illərdə qanunsuz meşə istifadəsi
hallarının azalma tendensiyası müşahidə olunur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.