Gürcüstan Prokurorluğu qabaqcadan əlbir olan qrup tərəfindən
vətəndaşlara məxsus külli miqdarda pulun dələduzluq yolu ilə ələ
keçirilməsi,
Gürcüstan vətəndaşlarının xarici ölkədə qanunsuz qalmasına köməklik
göstərilməsi, Gürcüstan vətəndaşları üçün xarici ölkədə sığınacaq
alınması məqsədilə yalan məlumatların təqdim edilməsinin təşkil
edilməsi və dəstəklənməsi, həmçinin saxta rəsmi sənədlərin
hazırlanması və satılması faktları üzrə 3 nəfəri saxlayıb, daha 6
nəfər barəsində isə
cinayət təqibi başladıb.
Gürcüstan Prokurorluğu və ABŞ Səfirliyinin Regional Təhlükəsizlik
Xidmətinin birgə keçirdiyi tədbirlər nəticəsində iki təşkilatlanmış
cinayətkar qrup aşkar edilib.
İstintaq nəticəsində aydın olunub ki, ABŞ-də immiqrasiya
siyasətinin sərtləşdirilməsi nəticəsində ölkəyə giriş çətinləşib.
Bu səbəbdən Gürcüstanın dörd vətəndaşı cinayətkar təşkilatlanmış
qrup yaradıb.
Əvvəlcədən hazırlanmış plan üzrə onlar ABŞ-də sığınacaq istəyən
Gürcüstan vətəndaşlarını taparaq onlara sığınacaq üçün lazım olan
“case”lərin hazırlanması, sübutların toplanması və məhkəmədə dəstək
göstərilməsi vəd ediblər.
Prokurorluğun apardığı istintaqla ABŞ-də sığınacaq üçün bu qrupun
xidmətlərindən istifadə edən 366 Gürcüstan vətəndaşının kimliyi
müəyyən edilib.
Faktla bağlı istintaq davam etdirilir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.