"Rosselxoznadzor" iyunun 3-dən Rusiyaya ixrac edilən və Rusiya
vasitəsilə digər Aİİ ölkələrinə göndərilən bir sıra Ermənistan
məhsullarına yeni məhdudiyyətlər elan edib.
Bu, xüsusilə Ermənistandan göndərilən kartof, badımcan və quru
meyvələrə aiddir.
Qurumun bildirdiyinə görə,
"məhdudiyyətlər göndərilən
malların təhlükəsizliyini təmin etmək üçün aydın bir alqoritm
hazırlanana qədər qüvvədə qalacaq".
Ermənistanda 7 iyun parlament seçkiləri öncəsi Rusiya keyfiyyət
uyğunsuzluqlarını əsas gətirərək bu ölkədən bir sıra malların
bazara girişini məhdudlaşdırıb.
Paşinyan: Rusiyanın qadağalarından zərər görən bizneslərə
subsidiya veriləcək
Ermənistan baş naziri Nikol Paşinyan bildirib ki, hökumət Rusiyanın
son qadağalarından zərər çəkmiş və haqsızlıqla üzləşmiş bizneslərə
subsidiya ayıracaq.
Baş nazir deyib ki, alternativ bazarlara ixrac məsələsi ilə bağlı
biznes nümayəndələri ilə görüş keçirilib və razılaşmalar əldə
edilib:
"Bəzən keyfiyyət standartlarına cavab verməyən
məhsullar olur. Biz həmin iş adamlarına məhsullarını yeni
standartlara uyğunlaşdırmaqda dəstək verəcəyik. Əgər başqalarına
qarşı ədalətsizlik olubsa – yəni ixrac edilməli olduğu halda, ixrac
olunmayan məhsullar varsa – onlar üçün də dəstək və subsidiya
proqramları həyata keçirəcəyik".
Ermənistanda parlament seçkiləri ərəfəsində Rusiya bir sıra erməni
mallarının keyfiyyət standartlarına cavab vermədiyini
əsas
gətirərək onların bazarına girişini məhdudlaşdırıb. Rəsmi Moskva,
demək olar ki, hər gün Ermənistana xatırladır ki, ölkə eyni vaxtda
həm Avropa İttifaqı ilə münasibətlərini dərinləşdirə, həm də
Avrasiya İqtisadi İttifaqında (Aİİ) qala bilməz. Aİİ-nin digər
üzvləri – Belarus, Qazaxıstan və Qırğızıstan liderləri Rusiya
prezidenti Vladimir Putinə qoşularaq Ermənistanda referendum
keçirilməsinə çağırırlar.
Baş nazir Paşinyan iyunun 1-də Ermənistanın Rusiya, Belarus,
Qazaxıstan və Qırğızıstanla birlikdə Aİİ-də qalacağını bildirib:
"Avrasiya İqtisadi İttifaqında sakit, dinc, əsəbsiz və
mübahisəsiz işləməyə davam edəcəyik. Əminəm ki, bu istiqamətdə hələ
də potensialımız var və yaxın gələcəkdə bundan
yararlanacağıq".
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.