Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun açılış günündə şəhərə
dron hücumu olub, Peterburq Neft Terminalında yanğın baş verib.
Bu barədə "Bumaqa", "Astra" və digər teleqram kanalları məlumat
yayıb.
"Bumaqa"nın məlumatına görə, yerli sakinlər səhər saat 5
radələrində şəhərin bir neçə rayonunda partlayış səsləri eşidiblər.
Hadisə ilə əlaqədar "Pulkovo" hava limanında 29 reys gecikdirilib,
doqquz təyyarə isə ehtiyat aerodromlara
yönləndirilib. Bundan
əlavə, şəhərdə mobil internetin fəaliyyəti məhdudlaşdırılıb. Nəşrin
oxucuları hətta "ağ siyahı"dakı saytlara belə daxil ola
bilmədiklərini bildiriblər.
Sankt-Peterburqun rəhbəri Aleksandr Beqlov Kronştadt, Kirov və
Krasnoselski rayonlarında infrastruktur obyektlərinə dron hücumu
olduğunu açıqlayıb. Onun sözlərinə görə, bir neçə obyektə ziyan
dəyib. Beqlov, həmçinin hücum nəticəsində bir neçə nəfərin xəsarət
aldığını bildirib.
Peterburq Neft Terminalı Baltik regionunda maye yüklərin qəbulu ilə
məşğul olan ən iri terminallardan biridir.
Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu iyunun 3-dən 6-dək
keçiriləcək. "Astra" nəşri yazır ki, hücuma məruz qalan neft
terminalı ilə forumun keçiriləcəyi "Ekspoforum" kompleksi arasında
təxminən 17 kilometr məsafə var.
Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko isə iyunun
3-nə keçən gecə region səmasında 50 dronun vurulduğunu bəyan
edib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.