Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi
deyir ki, İranın zənginləşdirilmiş uran ehtiyatlarının
ölkə xaricinə çıxarılması "çətin olsa da, qeyri-mümkün deyil".
Bu arada İranın yüksək səviyyədə zənginləşdirilmiş uran
ehtiyatlarının taleyi Tehran və Vaşinqton arasında aparılan
danışıqlarda əsas müzakirə mövzularından biri olaraq qalır. İran
rəsmilərinin mövqeyinə görə, ABŞ-nin Tehrandan zənginləşdirilmiş
uran ehtiyatlarından imtina etmək tələbi aşırı
tələbdir və onlar
buna boyun əyməyəcəklər.
Bildirilir ki, İranın təxminən 60 faiz səviyyəsində
zənginləşdirilmiş 440 kiloqram uranı var. Qrossi daha əvvəl qeyd
etmişdi ki, 2025-ci ildə ABŞ və İsrailin İranın nüvə obyektlərinə
endirdiyi zərbələrdən sonra ölkənin uran ehtiyatlarının böyük
hissəsi toxunulmaz qalıb və əvvəlki yerlərində saxlanılır.
Qrossi "Əl-Cəzirə"yə müsahibəsində bildirib ki, İranın yüksək
səviyyədə zənginləşdirilmiş uranının xaricə daşınması asan deyil:
"Qaz halında olan bu material yüksək dərəcədə
çirkləndirici xassəyə malikdir və belə bir əməliyyatın icrası asan
məsələ deyil". O əlavə edib ki, uranın zənginləşdirmə
səviyyəsinin azaldılması da daxil olmaqla bir neçə alternativ
variant nəzərdən keçirilir. Qazaxıstan da mümkün saxlama
məkanlarından biri kimi hallandırılır.
ABŞ prezidenti Donald Tramp İranın nüvə obyektlərində saxlanılan
zənginləşdirilmiş uran ehtiyatlarını "nüvə tozu" adlandırıb və
dəfələrlə vurğulayıb ki, ABŞ bu ehtiyatları əldə etməlidir. Amma
son açıqlamalarında Tramp bildirib ki, zənginləşdirilmiş uranın
İrandan çıxarılmasını zəruri saymır – bu, daha çox PR xarakterli
addım olardı.
Tramp mayın 14-də "Fox News"a müsahibəsində deyib:
"Əvvəllər bunu etməyi düşünürdük, amma bu, təxminən bir
həftə yarım çəkəcəkdi. Düşmən ərazisində bu qədər uzun qalmaq isə
risklidir".
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.