Rubio: Hörmüz boğazını açmağa görə İrana sanksiyalar qaldırılmayacaq
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, İranın Hörmüz boğazını açmasına görə ona tətbiq edilən sanksiyaların ləğvi nəzərdə tutulmur.

Rubio iyunun 2-də Senat komitəsindəki dinləmələrdə deyib: "Bu məsələ müzakirə olunmayıb. Belə bir təklif irəli sürülməyib".

Bu açıqlama İran dövlət mediasının yazdıqlarına ziddir. Həmin iddialara görə, Tehran və Vaşinqtonun Pakistanın vasitəçiliyi ilə müzakirə etdiyi saziş layihəsində sanksiyaların
yumşaldılması və İranın xaricdə dondurulmuş vəsaitlərinin geri qaytarılması nəzərdə tutulur.

Rubio senatorlara deyib ki, istənilən razılaşmanın ilk mərhələsində İran Hörmüz boğazını açmalıdır. Bundan sonra, 30-90 gün davam edəcək ikinci mərhələdə İranın nüvə proqramı ilə bağlı müzakirələr aparılmalıdır.

Dövlət katibinin dediyinə görə, danışıqlar İranda hakimiyyətin strukturundan dolayı çətinləşir. Rubio bildirib ki, İranın təmsilçiləri əldə olunan təklifləri Tehrandakı rəhbərlik şurası ilə yenidən müzakirə etməli olur, bu da hər yeni mesaj mübadiləsində bir neçə günlük gecikmələr yaradır.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google