ABŞ Maliyyə Nazirliyi İranın ən böyük kriptovalyuta birjası
"Nobitex"ə qarşı yeni sanksiyalar elan edib.
Nazirlik iyunun 2-də bildirib ki, "Nobitex" və daha üç rəqəmsal
birjaya qarşı sanksiyalar tətbiq olunur. Bəyanata əsasən, "Nobitex"
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə bağlı maliyyə
əməliyyatlarında vasitəçi rolunu oynayıb.
ABŞ-nin maliyyə naziri Skot Bessent deyib:
"İran
iqtisadiyyatı sürətlə tənəzzülə uğradığı halda, rejim rəqəmsal
aktiv texnologiyalarından öz korrupsiya məqsədləri üçün
yararlanmağı seçib. Bura sanksiyalardan yayınmaq və sərvəti ölkədən
çıxarmaq da daxildir".
Yaxınlarda "Reuters" agentliyinin apardığı araşdırmada "Nobitex"in
SEPAH və İran Mərkəzi Bankına xidmət edən "paralel maliyyə
sistemi"nin yaradılmasındakı rolundan bəhs edilirdi.
ABŞ Xəzinədarlığı "Nobitex"in İdarə Heyətinin sədri Əmir Hüseyn
Rada və şirkətin digər yüksək vəzifəli rəsmilərinə qarşı da fərdi
sanksiyalar tətbiq edib.
Bəyanatda qeyd olunur ki, 2025-ci ildə İrana daxil olan bütün
rəqəmsal aktiv axınlarının 50 faizindən çoxu məhz "Nobitex"in
payına düşüb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.